https://sputnik.az/20250115/abs-butun-dunyani-idare-etmek-fikrinden-uzaqlasir-469968293.html
ABŞ bütün dünyanı idarə etmək fikrindən uzaqlaşır
ABŞ bütün dünyanı idarə etmək fikrindən uzaqlaşır
Sputnik Azərbaycan
İş o nöqtəyə yaxınlaşır ki, bir vaxtlar, 19-cu əsrdə olduğu kimi, ən vacib şey regionun özündə həlledici təsirə malik olmaqdır. 15.01.2025, Sputnik Azərbaycan
2025-01-15T23:27+0400
2025-01-15T23:27+0400
2025-01-15T23:27+0400
abş
dünya xəbərləri
amerika
donald tramp
"valday" klub fondu
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1a/440477927_0:156:3000:1844_1920x0_80_0_0_966d85e14ca47188103c257a259cc791.jpg
BAKI, 15 yanvar — Sputnik. Birləşmiş Ştatlar bütün dünyanı idarə etməli olduğu fikrindən uzaqlaşmağa başlayır. Valday Beynəlxalq Diskussiya Klubunun Tədqiqatlar üzrə direktoru Fyodor Lukyanovun "aif.ru" ilə söhbətində qeyd etdiyi kimi, buna səbəb ABŞ-ın bunu edə bilməməsidir. "ABŞ bütün dünyanı idarə etməli olduqları fikrindən uzaqlaşmağa başlayır, çünki bunu etmək, sadəcə olaraq alınmır. İş o nöqtəyə yaxınlaşır ki, bir vaxtlar, 19-cu əsrdə olduğu kimi, ən vacib şey regionun özündə həlledici təsirə malik olmaqdır" – politoloq fikrini bildirib. Ekspertin fikrincə, ABŞ üçün regional maraqların ön planda olması müəyyən mənada Donald Trampın Meksika körfəzinin adını Amerikan Körfəzi adlandırması kimi nümayişkaranə hərəkətlə dəstəklənir. Lukyanovun qeyd etdiyi kimi, dünyanın qlobal olması və Yer kürəsinin müxtəlif yerlərində hamının bir-birinə bağlı olması barədə əvvəlki fikir hazırda yox olmaqdadır. "Qonşular dünyanın o tayındakı qeyri-qonşulardan daha vacibdir, dünyanın öz hissəsindəki təsir gücü həlledicidir. Bu, hər yerdə belədir. Tramp isə əvvəldən məhz qonşu bölgələrə və ölkələrə bu cür diqqət yetirir. Bu, tamamilə formalaşmaqda olan yeni dünya düzəninin ruhuna uyğundur" - politoloq sözünü yekunlaşdırıb. Lukyanov daha əvvəl Qrenlandiyanın niyə 51-ci ştat olmayacağının səbəbini açıqlamışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1a/440477927_168:0:2833:1999_1920x0_80_0_0_ea26f25cfbb1f2beef6ff79ed9459705.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, amerika, donald tramp, "valday" klub fondu
abş, amerika, donald tramp, "valday" klub fondu
ABŞ bütün dünyanı idarə etmək fikrindən uzaqlaşır
İş o nöqtəyə yaxınlaşır ki, bir vaxtlar, 19-cu əsrdə olduğu kimi, ən vacib şey regionun özündə həlledici təsirə malik olmaqdır.
BAKI, 15 yanvar — Sputnik. Birləşmiş Ştatlar bütün dünyanı idarə etməli olduğu fikrindən uzaqlaşmağa başlayır.
Valday Beynəlxalq Diskussiya Klubunun Tədqiqatlar üzrə direktoru Fyodor Lukyanovun "aif.ru" ilə söhbətində qeyd etdiyi kimi, buna səbəb ABŞ-ın bunu edə bilməməsidir.
"ABŞ bütün dünyanı idarə etməli olduqları fikrindən uzaqlaşmağa başlayır, çünki bunu etmək, sadəcə olaraq alınmır. İş o nöqtəyə yaxınlaşır ki, bir vaxtlar, 19-cu əsrdə olduğu kimi, ən vacib şey regionun özündə həlledici təsirə malik olmaqdır" – politoloq fikrini bildirib.
Ekspertin fikrincə, ABŞ üçün regional maraqların ön planda olması müəyyən mənada Donald Trampın Meksika körfəzinin adını Amerikan Körfəzi adlandırması kimi nümayişkaranə hərəkətlə dəstəklənir. Lukyanovun qeyd etdiyi kimi, dünyanın qlobal olması və Yer kürəsinin müxtəlif yerlərində hamının bir-birinə bağlı olması barədə əvvəlki fikir hazırda yox olmaqdadır.
"Qonşular dünyanın o tayındakı qeyri-qonşulardan daha vacibdir, dünyanın öz hissəsindəki təsir gücü həlledicidir. Bu, hər yerdə belədir. Tramp isə əvvəldən məhz qonşu bölgələrə və ölkələrə bu cür diqqət yetirir. Bu, tamamilə formalaşmaqda olan yeni dünya düzəninin ruhuna uyğundur" - politoloq sözünü yekunlaşdırıb.
Lukyanov daha əvvəl Qrenlandiyanın niyə 51-ci ştat olmayacağının səbəbini açıqlamışdı.