DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ ölkələri arasında qaz uğrunda qlobal müharibə başlaya bilər

© Photo : Aİ generatedAI
AI - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Abunə olmaq
Avropada tələbatın ödənilməsi üçün ildə 10 milyon tona qədər mayeləşdirilmiş təbii qazın əlavə idxalı tələb olunacaq ki, bu da 2024-cü illə müqayisədə, təxminən 10% çoxdur.
BAKI, 15 yanvar — Sputnik. Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması səbəbindən Avropa ölkələrinin qarşıdakı qış dövrü üçün qaz ehtiyatı hədəflərini yerinə yetirməsi mümkünsüz ola bilər.
Bu qiymətləndirməni "Bloomberg" agentliyi verib.
"Dünya bu il təbii qaz tədarükü üçün mübarizə aparır. Bu da Avropada enerji qıtlığı çəkən istehlakçıların və müəssisələrin çətinliklərini daha da artıracaq və qiymətləri yüksəldəcək" - məqalədə yazılıb.
"Bank of America"nın əmtəə üzrə strateqi Fransisko Blanç 2025-ci ildə Avropada enerji qıtlığını proqnozlaşdırır. Eyni zamanda, soyuq hava ilə əlaqədar qaz ehtiyatları adi haldan daha sürətlə tükənir.
Agentliyin məlumatına görə, Avropada tələbatın ödənilməsi üçün ildə 10 milyon tona qədər mayeləşdirilmiş təbii qazın əlavə idxalı tələb olunacaq ki, bu da 2024-cü illə müqayisədə, təxminən 10% çoxdur.
Xatırladaq ki, 2024-cü il dekabrın ortalarında Ukrayna Avropa ölkələrinə 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasından qaz tranzitinin dayandırılacağı ilə bağlı xəbərdarlıq etmişdi. Dekabrın 19-da canlı yayımda Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərindən qaz nəqli ilə bağlı müqavilənin dəqiq olaraq uzadılmayacağını təsdiqləyib. O əlavə edib ki, məhz Ukrayna tərəfi razılaşmadan imtina edib və bununla da özünü hər il 700-800 milyon dollar gəlirdən məhrum edib.
Xəbər lenti
0