DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Blinken Baydenin əqli zəifliyindən istifadə edən hərbi cinayətkardır

© Jonathan Ernst / Pool via APABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 14.01.2025
Abunə olmaq
ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter Blinkenin əlində "bir çox insanın qanı" olduğunu vurğulayıb.
BAKI, 14 yanvar — Sputnik. ABŞ dövlət katibi Entoni Blinken əsl müharibə cinayətkarına çevrilib. Bunu ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter X* sosial şəbəkəsində yazıb.
O, Blinkenin cəzaya layiq olduğunu vurğulayıb.

"Sən sözün hər mənasında müharibə cinayətkarısan. Ümid edirəm ki, sənə qarşı araşdırma aparılacaq, ittiham olunacaq və günahkar bilinəcəksən. Ümid edirəm ki, layiq olduğun cəzanı alacaqsan", - Ritter bildirib.

Ritter Blinkenin ABŞ Dövlət Departamentinin rəhbəri postunu tərk etməsi ilə bağlı açıqlamasına münasibət bildirib. Dövlət katibi Blinkenin beynəlxalq arenada "çox böyük və yaxşı işlər" gördüyünü iddia edib.
Ekspert vurğulayıb ki, Ukrayna münaqişəsinin gərginləşməsinə görə yalnız Blinken məsuliyyət daşıyır.
"Blinkenin əlində "bir çox insanın qanı" var", - Ritter qeyd edib.
O, dövlət katibinin ABŞ-ın hazırkı lideri Co Baydenin əqli zəifliyindən istifadə etdiyi barədə fikir bildirib.

"Sən ABŞ Konstitusiyasını və lazımi hüquqi prosedurları pozaraq ölkəmizi Rusiya Federasiyası ilə nüvə müharibəsi astanasına qoymaq üçün prezidentin əqli zəifliyindən istifadə etdin", - Ritter bəyan edib.

Bundan əvvəl Blinken etiraf edib ki, ABŞ xüsusi hərbi əməliyyatın başlamasından xeyli əvvəl Kiyevi silahlandırmağa başlayıb.
* Sosial şəbəkə Rusiya Federasiyasında Baş Prokurorluğun tələbi ilə bloklanıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0