CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazir Əli Əsədov bələdiyyələrlə bağlı sərəncam imzaladı

Əli Əsədov, arxiv - Sputnik Azərbaycan, 1920, 14.01.2025
Abunə olmaq
Birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini beş gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir.
BAKI, 14 yanvar — Sputnik. Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli Qanununa əsasən müvafiq komissiyalar yaradılacaq.
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Komissiyaların üzvlərini təsdiq etmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini beş gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
 Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov  - Sputnik Azərbaycan, 1920, 11.01.2025
CƏMİYYƏT
Seçki bülletenlərinin çap prosesi tam açıq və şəffaf həyata keçirilir - MSK sədri
Xəbər lenti
0