https://sputnik.az/20250113/usaqlari-kucede-manyaklardan-nece-qorumaq-olar-mutexessis-detallari-aciqladi-469916905.html
Uşaqları küçədə manyaklardan necə qorumaq olar? Mütəxəssis detalları açıqladı
Uşaqları küçədə manyaklardan necə qorumaq olar? Mütəxəssis detalları açıqladı
Sputnik Azərbaycan
Uşaq valideynlərinin telefon nömrələrini əzbər bilməli və təhlükə zamanı dəqiq hərəkət planına malik olmalıdır. 13.01.2025, Sputnik Azərbaycan
2025-01-13T09:29+0400
2025-01-13T09:29+0400
2025-01-13T09:29+0400
uşaq
cəmiyyət
seksual manyak
manyak
gps
aptek
mağaza
kömək
təhlükə
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456860335_0:40:3072:1768_1920x0_80_0_0_4bdea632023e723b0306a3c438ca39f0.jpg
BAKI, 13 yanvar — Sputnik. Uşağı küçəyə tək buraxarkən valideynlər ona ilkin təhlükəsizlik bacarıqlarını əvvəlcədən öyrətməlidirlər. Bu, təhlükəli vəziyyətlərdən qaçmağa və uşağın həyatını xilas etməyə kömək edəcək. Bu barədə "Veçernyaya Moskva"ya özünümüdafiə üzrə təlimatçı Maksim Şramkov məlumat verib. Ekspert qeyd edib ki, valideynlər övladına ərazidə sərbəst hərəkət etmək bacarığını öyrətməlidir. Böyüklərə fövqəladə hallar zamanı kömək tapa biləcəkləri yerləri göstərməklə, təklif olunan marşrutu əvvəlcədən uşağı ilə birlikdə keçmələri tövsiyə olunur. Şramkov insanların çox olduğu yerlərdən marşrutların seçilməsinin vacibliyini də vurğulayıb:Potensial təhlükəli ərazilərdən tamamilə qaçmaq mümkün deyilsə, mütəxəssis nəqliyyatdan istifadə etməyi düşünməyi məsləhət görür. Onun sözlərinə görə, axşam saatlarında parklar, qarajlar və yarımçıq tikililərin olduğu yerlər xüsusilə təhlükəlidir. Belə hallarda uşağın taksi və ya ictimai nəqliyyatdan istifadə etməsi daha yaxşıdır. Uşaqlara təhlükə hiss etdikdə kömək istəməyi öyrətmək vacibdir. Məsələn, şübhəli bir şəxs tərəfindən təqib olunarsa, uşaq müşahidə kameraları olan aptekə və ya mağazaya girib işçilərdən kömək istəyə bilər. Uşaq valideynlərinin telefon nömrələrini əzbər bilməli və təhlükə zamanı dəqiq hərəkət planına malik olmalıdır. O, izdihamlı bir yerə girməyə çalışmalı və əlavə təlimatlar üçün valideynləri ilə əlaqə saxlamalıdır. Təlimçi vurğulayıb ki, uşaqlar ətrafda baş verənlərə diqqətli olmalı, başlarını telefon və musiqi ilə qatmamalıdırlar:Şramkov, həmçinin kiçik uşaqların yerini izləmək üçün onları smart saatlar və ya telefonlar kimi GPS izləmə cihazları ilə təchiz etməyi tövsiyə edib. Bundan əlavə, ekspert uşağa əl altında olan özünümüdafiə vasitələrindən, məsələn, bibər qazından istifadə etməyi öyrətməyi məsləhət görüb. Bununla belə, onu necə düzgün istifadə edəcəyinizi göstərmək vacibdir. "Hücumdan qaçmaq mümkün deyilsə, uşaq "Sən mənim atam deyilsən, səni tanımıram" kimi ifadələrdən istifadə edərək yüksək səslə qışqırmalıdır. Bu, yoldan keçənlərin diqqətini cəlb edəcək və anlaşılmazlıqların qarşısını alacaq, çünki "kömək edin!" qışqırıqları adi bir ailə münaqişəsi kimi qəbul edilə bilər" - Şramkov sözünü yekunlaşdırıb. Bundan əvvəl uşaqları klassik musiqi ilə mümkün qədər tez tanış etmək lazım olduğu barədə məlumat verilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456860335_341:0:3072:2048_1920x0_80_0_0_31e82b58ac66808391373f4b444488ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
uşaq, seksual manyak, manyak, gps, aptek, mağaza, kömək, təhlükə
uşaq, seksual manyak, manyak, gps, aptek, mağaza, kömək, təhlükə
Uşaqları küçədə manyaklardan necə qorumaq olar? Mütəxəssis detalları açıqladı
Uşaq valideynlərinin telefon nömrələrini əzbər bilməli və təhlükə zamanı dəqiq hərəkət planına malik olmalıdır.
BAKI, 13 yanvar — Sputnik. Uşağı küçəyə tək buraxarkən valideynlər ona ilkin təhlükəsizlik bacarıqlarını əvvəlcədən öyrətməlidirlər. Bu, təhlükəli vəziyyətlərdən qaçmağa və uşağın həyatını xilas etməyə kömək edəcək.
Bu barədə "Veçernyaya Moskva"ya özünümüdafiə üzrə təlimatçı Maksim Şramkov məlumat verib.
Ekspert qeyd edib ki, valideynlər övladına ərazidə sərbəst hərəkət etmək bacarığını öyrətməlidir. Böyüklərə fövqəladə hallar zamanı kömək tapa biləcəkləri yerləri göstərməklə, təklif olunan marşrutu əvvəlcədən uşağı ilə birlikdə keçmələri tövsiyə olunur.
Şramkov insanların çox olduğu yerlərdən marşrutların seçilməsinin vacibliyini də vurğulayıb:
"Yol qarajların və ya az məskunlaşan ərazilərin yaxınlığından keçirsə, küçənin həmişə insanların çox olduğu supermarketlər, mağazalar və ya apteklər olan tərəfini seçmək daha yaxşıdır".
Potensial təhlükəli ərazilərdən tamamilə qaçmaq mümkün deyilsə, mütəxəssis nəqliyyatdan istifadə etməyi düşünməyi məsləhət görür. Onun sözlərinə görə, axşam saatlarında parklar, qarajlar və yarımçıq tikililərin olduğu yerlər xüsusilə təhlükəlidir. Belə hallarda uşağın taksi və ya ictimai nəqliyyatdan istifadə etməsi daha yaxşıdır.
Uşaqlara təhlükə hiss etdikdə kömək istəməyi öyrətmək vacibdir. Məsələn, şübhəli bir şəxs tərəfindən təqib olunarsa, uşaq müşahidə kameraları olan aptekə və ya mağazaya girib işçilərdən kömək istəyə bilər.
Uşaq valideynlərinin telefon nömrələrini əzbər bilməli və təhlükə zamanı dəqiq hərəkət planına malik olmalıdır. O, izdihamlı bir yerə girməyə çalışmalı və əlavə təlimatlar üçün valideynləri ilə əlaqə saxlamalıdır.
Təlimçi vurğulayıb ki, uşaqlar ətrafda baş verənlərə diqqətli olmalı, başlarını telefon və musiqi ilə qatmamalıdırlar:
"Uşağa demək laızmdır ki, əgər özünüzü təhlükədə hiss edirsinizsə, küçənin o biri tərəfinə keçin. Bu kömək etmirsə, sizə yardımın tapıla biləcəyi ən yaxınlıqdakı mağazaya, aptekə girin".
Şramkov, həmçinin kiçik uşaqların yerini izləmək üçün onları smart saatlar və ya telefonlar kimi GPS izləmə cihazları ilə təchiz etməyi tövsiyə edib.
Bundan əlavə, ekspert uşağa əl altında olan özünümüdafiə vasitələrindən, məsələn, bibər qazından istifadə etməyi öyrətməyi məsləhət görüb. Bununla belə, onu necə düzgün istifadə edəcəyinizi göstərmək vacibdir.
"Hücumdan qaçmaq mümkün deyilsə, uşaq "Sən mənim atam deyilsən, səni tanımıram" kimi ifadələrdən istifadə edərək yüksək səslə qışqırmalıdır. Bu, yoldan keçənlərin diqqətini cəlb edəcək və anlaşılmazlıqların qarşısını alacaq, çünki "kömək edin!" qışqırıqları adi bir ailə münaqişəsi kimi qəbul edilə bilər" - Şramkov sözünü yekunlaşdırıb.
Bundan əvvəl uşaqları klassik musiqi ilə mümkün qədər tez tanış etmək lazım olduğu barədə məlumat verilmişdi.