SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail Azərbaycana yeni səfir təyin edib

© Sputnik / Murad Orujovİsrail və Azərbaycan bayrağı
İsrail və Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 13.01.2025
Abunə olmaq
Corc Dik 2018-ci ildən bəri İsrailin Azərbaycandaki səfiridir.
BAKI, 13 dekabr - Sputnik. Ronen Kraus İsrailin Azərbaycandakı yeni səfiri təyin edilib.
Bu barədə İsrail mediası məlumat yayıb. Ronen Kraus İsrail Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin direktorudur.
İsrail hökuməti yəhudi dövlətinin xaricdəki yeni səfirləri və konsulları vəzifəsinə xarici nümayəndəliklərin rəhbərlərinin təyin olunması üzrə komitənin tövsiyə etdiyi və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Qideon Saar tərəfindən təqdim edilən 12 namizədi yekdilliklə təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan və İsrail arasında diplomatik əlaqələr 1992-ci ildən mövcuddur. İsrailin Azərbaycandakı Səfirliyi 1993-cü ilin avqustunda açılıb. İsrail Azərbaycandan ikinci ən böyük neft idxalçısıdır. Bundan əlavə, iki ölkə arasında müdafiə sektorunda sıx əməkdaşlıq mövcuddur.
İsrailin ölkəmizdəki hazırki səfiri Corc Dikdir. O, 2018-ci ildən bəri İsrailin Azərbaycandaki səfiridir və səfir təyin olunan ilk xristian İsrail ərəbidir.
Xəbər lenti
0