DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Misirdə qadın firona məxsus məbədin bünövrəsi aşkarlanıb

© AP Photo / Hassan AmmarMisirdə Hatşepsut məbədi, arxiv
Misirdə Hatşepsut məbədi, arxiv - Sputnik Azərbaycan, 1920, 13.01.2025
Abunə olmaq
Ərazidə arxeoloji qazıntılar 2022-ci ilin sentyabrından aparılmağa başlayıb.
BAKI, 13 yanvar — Sputnik. Misirin cənubunda, Deyr əl-Bahri bölgəsində aparılan qazıntılar zamanı arxeoloqlar Hatşepsut məbədinin bünövrəsinin bir hissəsini tapmağa nail olublar.
Bu barədə "RİA Novosti" misirşünas Zahi Havassın mətbuat konfransında söylədiklərinə istinadən xəbər verib.
"Vadi ətrafında yerləşən və məbədin əsas giriş qapısı olan Hatşepsut məbədinin bünövrəsinin bir hissəsi aşkar edilib", misirşünas qeyd edib.
Tədqiqatçılar digər şeylərlə yanaşı, I Ptolemeyin dövrünə (367 - 283) aid Makedoniyalı İsgəndərin təsvirləri olan bürünc sikkələr tapıblar.
Ərazidə arxeoloji qazıntılar 2022-ci ilin sentyabrından aparılmağa başlayıb.
2024-cü ilin dekabrında Live Science xəbər verir ki, beynəlxalq arxeoloqlar qrupu Misirdə aparılan qazıntılar zamanı məşhur Misir kraliçası VII Kleopatranın üzünü təsvir edən kiçik heykəlcik tapıblar. Arxeoloqlar Misirdə məbədin divarının altından Kral tacında olan qadını təsvir edən kiçik ağ mərmər heykəl də aşkar ediblər.
Bundan əlavə onlar Kleopatranın təsvirləri olan 337 sikkə, Hatora (Qədim Misir mifologiyasına görə göy, məhəbbət və şadlıq tanrısı) həsr olunmuş bürünc üzük tapıblar.
Xəbər lenti
0