DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyadan Avropa İttifaqına azot gübrələrinin ixracı 48% artıb

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidDənəvər kalium gübrəsi, arxiv şəkli
Dənəvər kalium gübrəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.01.2025
Abunə olmaq
Gübrələr qlobal ərzaq təhlükəsizliyinin bir hissəsidir. Ona görə də onlar çoxsaylı sanksiyalara məruz qalmırlar.
BAKI, 7 yanvar — Sputnik. Avropa İttifaqının Rusiyadan idxal etdiyi azot gübrələrinin həcmi Ukrayna münaqişəsinin gərginləşməsindən əvvəlki ilə müqayisədə 48% çox olub.
Bu barədə "İzvestiya" qəzeti yazıb.
"Gübrələr qlobal ərzaq təhlükəsizliyinin bir hissəsidir. Ona görə də onlar çoxsaylı sanksiyalara məruz qalmırlar. Biz Rusiya qazından asılılığı Rusiya gübrələrindən asılılıqla əvəz etmişik" - nəşr Norveç parlamentinin üzvü Qyuri Melbyudan sitat gətirib.
Əvvəllər bildirilmişdi ki, Avropa İttifaqı tərəfindən Rusiya neftinin alış həcmi keçən ilin fevralından bəri maksimum həddə çatıb - oktyabrda tədarük üçdə bir dəfə artıb (678,5 milyon avroya qədər).
Xəbər lenti
0