https://sputnik.az/20250106/azerbaycanda-belediyye-seckileri-ile-bagli-seckiqabagi-tesviqat-baslayir-469829600.html
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başlayır
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başlayır
Sputnik Azərbaycan
Səsvermənin nəticələrinə əsasən, 8071 nəfər bələdiyyələrə üzv seçiləcək. 06.01.2025, Sputnik Azərbaycan
2025-01-06T09:18+0400
2025-01-06T09:18+0400
2025-01-06T09:18+0400
siyasət
bələdiyyə
seçki
azərbaycan
msk
seçici
dairə
komissiya
mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/01/467052235_0:156:3000:1844_1920x0_80_0_0_da6b3470dc9af5140ce4917e1be5c8d9.jpg
BAKI, 6 yanvar - Sputnik. Yanvarın 6-dan Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına start verilir. Kampaniya 28 yanvar saat 08:00-a qədər davam edəcək.Seçki Məcəlləsinin 72.3, 74.1.5 və 75.2-ci bəndlərinə uyğun olaraq, seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, habelə onların səlahiyyətli nümayəndələri tərəfindən səsvermə gününə 23 gün qalmış başlayır və onun başlanmasına 24 saat qalmış dayandırılır.Bundan əvvəl Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Bakı qarşıdan gələn bələdiyyə seçkilərinə beynəlxalq müşahidəçilər dəvət etmək niyyətində deyil.Onun sözlərinə görə, bu seçkilər Azərbaycanın daxili işidir. Pənahov həmçinin bildirib ki, 685 bələdiyyənin 118 dairəsində səsvermə keçiriləcək, lakin yeddi seçki dairəsinin seçiciləri məcburi köçkün olduqları üçün prosesdə iştirak edə bilməyəcəklər.Komissiyasının rəhbəri həmçinin qeyd edib ki, səsvermənin nəticələrinə əsasən, 8071 nəfər bələdiyyələrə seçiləcək.Bələdiyyə seçkiləri ilə bağlı vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərə baxılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupu yaradılıb.Йунв увэл лш, Azərbaycanda bələdiyyə seçkiləri beş ildən bir keçirilir. Respublikada sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20250103/secici-siyahilarinin-melumat-lovhelerinde-yerlesdirilmesi-prosesi-basa-catir-422340499.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/01/467052235_167:0:2834:2000_1920x0_80_0_0_71fd9d939f3a09322dd61918440fede0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bələdiyyə, seçki, azərbaycan, msk, seçici, dairə, komissiya, mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov
bələdiyyə, seçki, azərbaycan, msk, seçici, dairə, komissiya, mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başlayır
Səsvermənin nəticələrinə əsasən, 8071 nəfər bələdiyyələrə üzv seçiləcək.
BAKI, 6 yanvar - Sputnik. Yanvarın 6-dan Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına start verilir. Kampaniya 28 yanvar saat 08:00-a qədər davam edəcək.
Seçki Məcəlləsinin 72.3, 74.1.5 və 75.2-ci bəndlərinə uyğun olaraq, seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, habelə onların səlahiyyətli nümayəndələri tərəfindən səsvermə gününə 23 gün qalmış başlayır və onun başlanmasına 24 saat qalmış dayandırılır.
Bundan əvvəl Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Bakı qarşıdan gələn bələdiyyə seçkilərinə beynəlxalq müşahidəçilər dəvət etmək niyyətində deyil.
Onun sözlərinə görə, bu seçkilər Azərbaycanın daxili işidir. Pənahov həmçinin bildirib ki, 685 bələdiyyənin 118 dairəsində səsvermə keçiriləcək, lakin yeddi seçki dairəsinin seçiciləri məcburi köçkün olduqları üçün prosesdə iştirak edə bilməyəcəklər.
Komissiyasının rəhbəri həmçinin qeyd edib ki, səsvermənin nəticələrinə əsasən, 8071 nəfər bələdiyyələrə seçiləcək.
Bələdiyyə seçkiləri ilə bağlı vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərə baxılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupu yaradılıb.
Йунв увэл лш, Azərbaycanda bələdiyyə seçkiləri beş ildən bir keçirilir. Respublikada sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.