https://sputnik.az/20241228/kreml-teyyare-qezasi-ile-bagli-aciqlama-verdi-469667270.html
Kreml təyyarə qəzası ilə ABŞ-ın iddialarına cavab verdi
Kreml təyyarə qəzası ilə ABŞ-ın iddialarına cavab verdi
Sputnik Azərbaycan
Kreml ekspertizanın nəticəsi elan olunmayana qədər Aktaudakı təyyarə qəzasının səbəblərini şərh etməyəcək. 28.12.2024, Sputnik Azərbaycan
2024-12-28T14:45+0400
2024-12-28T14:45+0400
2024-12-28T19:02+0400
aktau
kreml
təyyarə qəzası
əli əsədov
peskov
dmitri peskov
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
abş
ağ ev
con kirbi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_0:161:3070:1888_1920x0_80_0_0_88bec4388580687f81983482c3ea2418.jpg
BAKI, 28 dekabr — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aktauda baş verən təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə çağırıb. Dekabrın 27-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Bakı-Qroznı reysinin Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurula biləcəyinə dair "ilkin əlamətlər" var. Lakin onların adını çəkməkdən imtina edib. "Biz bu bəyanatları gördük. Bu halda mən sizə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrovun dünənki bəyanatını xatırlatmaq istəyirəm. Təyyarə qəzasının səbəbləri Rusiya tərəfindən elan edilib və biz araşdırmanın nəticələrini gözləyirik" - Peskov deyib. O qeyd edib ki, prezident administrasiyasının bu vəziyyətdən danışması yersizdir. "Belə olan halda Yadrovun ifadələrinə əsaslanmağınızı xahiş edirəm" – Peskov əlavə edib.Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ağ Ev Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı ilkin əlamətlər görüb.26.12.24, 14:03Kreml təyyarə qəzası ilə bağlı açıqlama verdiİstintaq yekunlaşmamışdan əvvəl Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan Hava yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı danışarkən deyib. Peskov qeyd edib ki, Kreml ekspertizanın nəticəsi elan olunmayana qədər Aktaudakı təyyarə qəzasının səbəblərini şərh etməyəcək. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb. Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_170:0:2901:2048_1920x0_80_0_0_659386fda135e3a3b2c4bd3d3b6b059d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aktau, kreml, təyyarə qəzası, əli əsədov, peskov, dmitri peskov, abş, ağ ev, con kirbi
aktau, kreml, təyyarə qəzası, əli əsədov, peskov, dmitri peskov, abş, ağ ev, con kirbi
Kreml təyyarə qəzası ilə ABŞ-ın iddialarına cavab verdi
14:45 28.12.2024 (Yenilənib: 19:02 28.12.2024) Kreml ekspertizanın nəticəsi elan olunmayana qədər Aktaudakı təyyarə qəzasının səbəblərini şərh etməyəcək.
BAKI, 28 dekabr — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aktauda baş verən təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə çağırıb.
Dekabrın 27-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Bakı-Qroznı reysinin Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurula biləcəyinə dair "ilkin əlamətlər" var. Lakin onların adını çəkməkdən imtina edib.
"Biz bu bəyanatları gördük. Bu halda mən sizə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrovun dünənki bəyanatını xatırlatmaq istəyirəm. Təyyarə qəzasının səbəbləri Rusiya tərəfindən elan edilib və biz araşdırmanın nəticələrini gözləyirik" - Peskov deyib.
O qeyd edib ki, prezident administrasiyasının bu vəziyyətdən danışması yersizdir.
"Belə olan halda Yadrovun ifadələrinə əsaslanmağınızı xahiş edirəm" – Peskov əlavə edib.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ağ Ev Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı ilkin əlamətlər görüb.
Kreml təyyarə qəzası ilə bağlı açıqlama verdi
İstintaq yekunlaşmamışdan əvvəl Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan Hava yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı danışarkən deyib.
Peskov qeyd edib ki, Kreml ekspertizanın nəticəsi elan olunmayana qədər Aktaudakı təyyarə qəzasının səbəblərini şərh etməyəcək.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.