Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Kremldən təyyarə qəzası ilə bağlı açıqlama

© Getty Images / AnadoluEmbraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması
Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Abunə olmaq
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
BAKI, 27 dekabr — Sputnik. Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin səbəbləri ilə bağlı araşdırmalar davam edir, rəsmi nəticələr əldə olunmayana qədər Kremlin nəyisə şərh etmək hüququ yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov xatırladıb ki, hazırda bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır.

"İstintaqın nəticələri açıqlanana qədər, bizim hər hansı şərh verməyə haqqımız yoxdur və bunu etməyəcəyik. Məlumat aviasiya orqanlarımızda ola bilər və yalnız onlardan almaq olar", - Peskov bildirib.

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0