Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə fabrikdə partlayış - Ölən və yaralananlar var

© AP PhotoTürkiyədə hadisə yerində, arxiv
Türkiyədə hadisə yerində, arxiv - Sputnik Azərbaycan, 1920, 24.12.2024
Abunə olmaq
Bu barədə "TRT Haber" məlumat yayıb. Nəticədə 12 nəfər ölüb, 3 nəfər yaralanıb.
BAKI, 24 dekabr — Sputnik. Türkiyənin Balıkəsir bölgəsində partlayıcı maddə istehsal edən fabrikdə partlayış baş verib. Bu barədə "TRT Haber" məlumat yayıb.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürmə briqadası göndərilib. Balıkəsir valisi İsmail Ustaoğlu partlayış nəticəsində 12 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını bildirib:

“Fabrikin kapsul istehsalı hissəsində baş verən partlayışdan sonra bina çökdü. Hazırda bütün qruplarımız buradadır".

Ustaoğlu əlavə edib ki, içəridə neçə nəfərin olduğunu müəyyən etmək üçün işlər davam edir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0