DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bill Klinton xəstəxanaya yerləşdirilib

© AP Photo / Julie JacobsonABŞ-ın keçmiş prezidenti Bill Klinton həyat yoldaşı Hilari Klinton ilə
ABŞ-ın keçmiş prezidenti Bill Klinton həyat yoldaşı Hilari Klinton ilə - Sputnik Azərbaycan, 1920, 24.12.2024
Abunə olmaq
Bill Klinton 1946-cı ilin avqust ayının 19-da Arkanzas ştatında anadan olub.
BAKI, 24 dekabr - Sputnik. ABŞ-nin keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə Klinton komandasının rəhbər müavini Anxel Urenya sosial şəbəkədə açıqlayıb.
“Prezident Klinton bu gün günortadan sonra qızdırma qalxdıqdan sonra test və müşahidə üçün MedStar Corc Taun Universitet Xəstəxanasına yerləşdirilib. Onun əhval-ruhiyyəsi yaxşıdır və aldığı mükəmməl qulluğa görə dərin minnətdarlığını bildirir”, – sabiq ölkə başçısının nümayəndəsi yazıb.
Qeyd edək ki, Bill Klinton 1946-cı ilin avqust ayının 19-da Arkanzas ştatında anadan olub. İlk prezidentlik müddətindən əvvəl o, doğma ştatının baş prokuroru və qubernatoru olub.
Klinton ilk dəfə 1992-ci ilin noyabrında prezident seçkilərində qalib gəlib. O, Respublikaçılar Partiyasından olan namizəd, fəaliyyətdə olan prezident Corc Buşu (ata) səslərin 43 %-ni alaraq üstələyib (Buş 37,5% səs toplamışdı) və ABŞ-nin 42-ci prezidenti olub.
Onun ikinci prezidentlik müddəti 1996-cı ildən 2001-ci ilin yanvarın 20-dək davam edib. 1998-ci ildə Klintonun Ağ ev təcrübəçisi Monika Levinski ilə intim münasibətləri səbəbindən qalmaqal baş verib. ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar impiçment prosedurasına başlasalar da, Klinton bəraət alıb.
Hazırda o, ictimai fəaliyyətlə məşğul olur və dünya üzrə müxtəlif tədbirlərdə mühazirələrlə çıxış edir. Klintonun həyat yoldaşı Hillari senator (2001-2009), ABŞ dövlət katibi (2009-2013) vəzifələrini tutub və 2016-cı ildə seçki yarışında respublikaçı Donald Trampa məğlub olub.
Xəbər lenti
0