DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranın Suriyanın yeni hakimiyyəti qarşısına qoyduğu tələb - XİN rəsmisi açıqladı

© AP Photo / Vahid Salemiİran bayrağı, arxiv
İran bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 23.12.2024
Abunə olmaq
İranın Suriyadakı səfirliyinin əməkdaşı Davud Bitərəf dekabrın 15-də terror aktı nəticəsində dünyasını dəyişib.
BAKI, 23 dekabr — Sputnik. İran Suriyadakı vəziyyəti izləyir və ölkənin yeni hakimiyyət orqanlarından iranlı diplomatın qətlinə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
İranın Suriyadakı səfirliyinin əməkdaşı Davud Bitərəf dekabrın 15-də terror aktı nəticəsində dünyasını dəyişib. Dəməşqdə silahlı şəxslər onun avtomobilinə atəş açıblar. Dekabrın 21-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu cinayəti qəti şəkildə pisləyib.
"Biz bu vəziyyəti çox ciddi şəkildə izləyirik, Suriyada baş verən hadisələrdə iştirak edən qruplara gəlincə, səfiri hansı terror qruplaşmasının nümayəndəsi öldürdüyü bizə hələ bəlli deyil. Biz Suriyanın keçid hökumətindən tələb etmişik ki, onlar bu məsələyə aydınlıq gətirsinlər", - Xarici İşlər Nazirliyinin rəsmi qeyd edib.
Noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, keçmiş lider Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. Dekabrın 10-da İdlib vilayətində keçid hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.
Xəbər lenti
0