Tarixdə bu gün: 11 dekabr – FOTO
© Sputnik11 dekabr
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 11 dekabr — Sputnik. Dekabrın 11-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 11-də kimlər anadan olub?
Bayram Bayramov (1918 - 1994) - Azərbaycan SSR xalq yazıçısıdır. Onun ən məşhur əsərləri "Yarpaqlar", "Sənsiz", "Bələdçi", "Üç gün, üç gecə" və s-dir
© Photo : PUBLIC DOMAINBayram Bayramov
Bayram Bayramov
© Photo : PUBLIC DOMAIN
Hektor Berlioz (1803 – 1869) - Fransanın romantik bəstəkarı, dirijoru, musiqidə romantizmin parlaq nümayəndəsi və romantik proqramlı simfoniyanın yaradıcısıdır.
© Photo : public domenHektor Berlioz
Hektor Berlioz
© Photo : public domen
Aleksandr Soljenitsın (1918 - 2008) - Rusiya yazıçısı, dramaturq, ictimai-siyasi xadim və ədəbiyyat üzrə "Nobel" mükafatı laureatıdır.
© Sputnik / Владимир ФедоренкоAleksandr İsayeviç Soljenitsın
Aleksandr İsayeviç Soljenitsın
© Sputnik / Владимир Федоренко
Boris Şerbakov (1949) - rusiyalı teatr və kino aktyoru, teleaparıcı və Rusiyanın xalq artistidir.
Bayram Bayramov
© Sputnik / Evgeniy Biyatov
/ Nikolay Ozerov (1922 - 1997) - Rusiya tennisçisi, aktyoru, idman şərhçisi və RSFSR xalq artistidir. O, tennis üzrə 24 qat SSRİ çempionudur.
© Sputnik / Дмитрий ДонскойNikolay Ozerov
Nikolay Ozerov
© Sputnik / Дмитрий Донской
Mixail Svetin (1929 - 2015) - rusiyalı teatr və kino aktyoru və Rusiyanın xalq artistidir. O, "Sehrbazlar", "Afonya", "Ola bilməz!" və s. filmləri ilə tanınır.
Mixail Svetin
© Sputnik / Алексей Даничев
/ Vişvanatan Anand (1969) - Hindistan şahmatçısı, qrossmeyster, FİDE üzrə dünya çempionu (2000-2002) və 15-ci dünya çempionudur (2007-2013).
© Sputnik / Murad Orujov
Vişvanatan Anand
Vişvanatan Anand
© Sputnik / Murad Orujov
Dekabrın 11-də dünyada baş verən tarixi hadisələr
1699-cu ildə I Pyotr Rusiya hərbi donanmasının rəsmi bayrağı kimi Müqəddəs Andreyevski bayrağını təsis edib.
1816-cı ildə İndiana ABŞ-ın 19-cu ştatı olub.
1941-ci ildə Almaniya və İtaliya ABŞ-a müharibə elan ediblər.
1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu - UNİCEF təsis edilib. BMT-nin Uşaq Fondu körpə və uşaqların problemlərini gündəmə gətirən universal təşkilatdır. 1995-1997 və 1998-2000-ci illərdə Azərbaycan UNİCEF-in İcraiyyə Şurasının üzvü olub.
1972-ci ildə amerikalı astronavtlar Yucin Sernan və Harrison Şmitt XX əsrdə Ay səthinə kosmik gəminin altıncı və sonuncu enişini ediblər.
1991-ci ildə Rumıniya Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb.
1997-ci ildə Yaponiyanın Kioto şəhərində atmosferə atılan zərərli qazların miqdarının azaldılmasına dair protokol imzalanıb.
Beynəlxalq Dağ Günü 2003-cü ildən qeyd olunur. Bu gün məhz planetimizin dağlıq rayonlarının inkişafı problemlərinə və həmin ərazilərdə yaşayan əhaliyə kömək göstərilməsinə diqqəti cəlb etmək məqsədilə elan olunub.