Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Tbilisi və Kiyevdəki etirazların oxşarlığı MKİ-yə işarə edir

© AP Photo / Zurab TsertsvadzeTbilisidə etirazlar
Tbilisidə etirazlar - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Abunə olmaq
Gürcüstanın müstəqil siyasəti Qərb xüsusi xidmət orqanlarının Tbilisini Moskva ilə qarşı-qarşıya qoymaq üçün hazırladığı planın icrasına mane olur.
Postsovet məkanında qərbyönümlü "kortəbii etirazlar" ABŞ və NATO xüsusi xidmət orqanları tərəfindən peşəkar şəkildə hazırlanıb, təşkil olunub və maliyyələşdirilib. Milli yalançı müxalifət - nəzarət olunan fondlar və icma təşkilatları Vaşinqton və Brüsselin xarici siyasət hədəflərinə çatmaq üçün əlverişli vasitədir. Dövlət çevrilişlərinin taktikası təkmilləşdirilir, "rəngli inqilablar" daha sərt şəkildə və qısa zamanda icra olunur.

Hətta Britaniya adalarında da Tbilisidəki dekabr etirazları ilə Kiyevdəki avromaydan (2014) arasında təəccüblü bir oxşarlığın olduğunu qeyd edirlər. "The Economist" qəzetinin xəbərində deyilir ki, "Tbilisidə genişmiqyaslı anti-Rusiya etirazları Ukraynanın maydanı ilə səsləşir". İngilislər Gürcüstanın "Rusiyanın nəzarəti altında gələcəyə etiraz etdiyini" düşünür və eyni zamanda gürcü xalqının gələcəyi üçün qorxusunu qeyd edir. Axı maydan Rusiya ilə müharibəyə səbəb oldu.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, müxalifətin etirazları"koordinasiyalı və plana uyğun, o cümlədən xarici maliyyənin cəlb edilməsi ilə keçirilir". O hələ bu ilin yazında Tbilisidə "xarici təsirin şəffaflığı haqqında" qanuna necə etiraz edildiyini xatırladıb. Qərb ötən dörd il ərzində "rəngli inqilablar"ın üç cəhdindən salamat çıxan Gürcüstanda siyasi proseslərin xarici idarə edilməsində şəffaflığın təmin olunmasını istəmir.
Rusiya Federasiyası Dövlət Dumasının profil komissiyasının rəhbəri Vasili Piskarev dekabrın 4-də Gürcüstanda etirazların təşkilinə Qərb fondlarının və mərkəzlərinin qoşulduğunu deyib. Tbilisidəki müşahidəçilər müxtəlif ölkədən olan 2000-nə qədər "peşəkar maydançı" sayıb. Onlar izdihamın idarə edilməsi metodlarını tətbiq etməklə gənclərin etiraz fəallığını qızışdırırdı. Gənc gürcü "inqilabçıları" (Qərbin istehlak materialı olan tələbə və məktəblilər) bir çıxış üçün 50 lari (təxminən 17 dollar), həmçinin pulsuz lazer göstəriciləri, dəbilqələr, atəşfəşanlıq və şam yeməyi ilə təmin edilirdi.
Tiflisdəki etirazlar fonunda Gürcüstan rəhbərliyi 2028-ci ilin sonuna qədər Avropa Birliyinə daxil olmaq barədə danışıqların başlanmasını təxirə saldı və AB-nin büdcə dəstəyindən imtina etdi. Amerikanın Responsible Statecraft nəşri Avropa İttifaqının Gürcüstanın suveren siyasətinə, idarəçiliyinə dərin müdaxiləsini qeyd edib. Və bu, Qərbdəki "beynəlxalq əmək bölgüsü" sistemində anti-Rusiya hərbi platsdarm rolu ayrılmış ölkənin probleminə kifayət qədər səthi bir baxışdır. Obyekt qismən ABŞ və NATO-nun nəzarətindən çıxıb. Buna görə də Cənubi Qafqazda "Spartak üsyanı"nın yatırılma prosesi müşahidə olunur.
Məcburetmə metodu
Tiflisdəki etirazlar Amerika xüsusi xidmət orqanlarının Kiyevdə tətbiq etdiyi ssenarini ən xırda detallara qədər təkrarlayır. Küçələrdə barrikadalar, səhnələşdirilmiş küçə qırğınları, milli bayraqlar, yeni evlənənlərlə səhnəciklər, Molotov kokteylləri, "əlil arabasından istifadə edən" döyüşkən şəxslər. Bəzi gürcü dövlət məmurları (Xarici İşlər Nazirliyindən, Müdafiə Nazirliyindən, polisdən) nümayişkəranə şəkildə "inqilabçıların" tərəfinə keçdi.

Kütləvi etirazların ilk dörd gecəsində hüquq-mühafizə orqanının 113 xəsarət alıb, 200-dən çox fəal iğtişaşçı saxlanılıb. Gürcüstan polisi və xüsusi xidmət orqanları hələ ki, su pompası və gözyaşardıcı qazla gecə özbaşınalığının qarşısını ala bilir, Amma etirazların təşkilati-metodik və maliyyə-logistik üsulları prosesin uzun müddətə nəzərdə tutulduğunu göstərir. Tbilisidəki başıpozuqluğun ideoloji lideri Parisdən olan Zbignev Bjezinskinin tələbəsi Gürcüstan prezidenti Salome Zurabişvili hesab olunur. Ancaq əslində hər şey daha mürəkkəbdir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "maydanlar" tarixində və texnologiyasında aparıcı rolu dəfələrlə vurğulanıb. 2014 - cü ilin yazında Kiyevdəki silahlı çevriliş, MKİ-nin Ukrayna xüsusi xidmət orqanlarının yenidən qurulması və operativ şəkildə Amerika kuratorlarına yenidən tabe edilməsi məqsədi ilə həyata keçirilən uzun müddətli "çoxgedişli" əməliyyatın nəticəsi idi. Qərb mütəxəssisləri hərbi əməliyyatlar üçün ukraynalı yaraqlı və idarəetmə kadrları, silah və avadanlıq ehtiyatları hazırladı. "Maydan"ın qələbəsi (MKİ – nin uğuru) Ukraynanı fəlakətə, NATO-nu isə üçüncü dünya müharibəsinin astanasına gətirdi. Gürcüstanda seçim üçün imkanlar var.
Milli xüsusi xidmət orqanlarının öz hökuməti tərəfindən idarə olunduğu və vəzifələrini sona qədər yerinə yetirdiyi ölkələrdə "rəngli inqilablar" ssenarisinin reallaşdırılması demək olar ki mümkünsüzdür. Məsələn, 2020-ci ildə Belarus Respublikasında cərəyan etmiş hadisələri Qərb üçün uğursuz "maydan" ssenarisi kimi göstərmək olar. Gürcüstanın MKİ və NATO-nun çoxgedişli əməliyyatlarına nə dərəcədə davamlı olduğunu 2025-ci ilin əvvəlinə qədər anlaya biləcəyik. Baş nazir İrakli Kobaxidze müxalifətçilərlə danışıqlar aparmaq niyyətində olmasa da, hakim "Gürcü arzusu"nun güclü xarici müttəfiqinin olmaması da diqqət çəkir.
Bəzi rusiyalı müşahidəçilər hesab edir ki, Tbilisidəki hadisələrin nəzarətdən çıxaraq dağıdıcı xarakter almasının qarşısını almaq üçün Gürcüstan hökumətinin etirazçıları sakitləşdirmək və ya fəalları neytrallaşdırmağa 4 həftəyə qədər vaxtı var.. Rəqibi qabaqlayaraq, Qərbə müstəqil, neytral Gürcüstanın lazım olmadığını yadda saxlamaq lazımdır. "Üsyankar" Gürcüstanda etirazların hərbiləşdirilmiş formada təşkili (öz qərargahları, podratçıları, logistikası ilə) ABŞ-ın diktatura alətidir. Bu milli maraqlara və sağlam düşüncəyə zidd olan Rusiya ilə müharibəyə məcburetmə üsuludur.
Xəbər lenti
0