https://sputnik.az/20241204/nazir-kohneden-qalan-bagca-modeli-cox-bahalidir-469175278.html
Nazir: "Köhnədən qalan bağça modeli çox bahalıdır"
Nazir: "Köhnədən qalan bağça modeli çox bahalıdır"
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində işlənilir. 04.12.2024, Sputnik Azərbaycan
2024-12-04T15:22+0400
2024-12-04T15:22+0400
2024-12-04T15:22+0400
emin əmrullayev
təhsil
məktəbəqədər təhsil müəssisələri
məktəbəqədər təhsil
https://cdnn1.img.sputnik.az/img/42405/92/424059215_0:121:1960:1224_1920x0_80_0_0_426aaf63f15cf52a3d621196cc50a2ea.jpg
BAKI, 4 dekabr — Sputnik. Uşaq bağçalarında qarşımızdakı ən böyük maneə sovet dönəmindən qalmış modelin olmasıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı II beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, həmin modeldə uşaq bağçaları təhsil müəssisəsindən daha çox qayğı yeri kimi qalıb: "Digər tərəfdən, bu model çox bahalıdır. Dünyanın heç bir ölkəsində uşağı gündə dörd dəfə qidalandırıb təmirli binada saxlamaq nümunəsi yoxdur. Ona görə də bir çox ölkələrdə dövlət-özəl tərəfdaşlığına əsaslanan modellər təklif olunur. 2017-18-ci illərdən icma əsaslı məktəbəqədər təhsil modeli tətbiq olunur. Bu modelin qiyməti ənənəvi modeldən xeyli ucuzdur". Nazir bildirib ki, daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində işlənilir. Emin Əmrullayev deyib ki, ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətini göstərmək planlaşdırılır: "İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər".
https://sputnik.az/20241204/kollec-direktoru-noqsanlara-gore-isden-cixardildi-463176583.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42405/92/424059215_128:0:1840:1284_1920x0_80_0_0_f4d29e5a340e2026e28c2b3565142a98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
emin əmrullayev, məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil
emin əmrullayev, məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil
Nazir: "Köhnədən qalan bağça modeli çox bahalıdır"
Emin Əmrullayev bildirib ki, daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində işlənilir.
BAKI, 4 dekabr — Sputnik. Uşaq bağçalarında qarşımızdakı ən böyük maneə sovet dönəmindən qalmış modelin olmasıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı II beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, həmin modeldə uşaq bağçaları təhsil müəssisəsindən daha çox qayğı yeri kimi qalıb:
"Digər tərəfdən, bu model çox bahalıdır. Dünyanın heç bir ölkəsində uşağı gündə dörd dəfə qidalandırıb təmirli binada saxlamaq nümunəsi yoxdur. Ona görə də bir çox ölkələrdə dövlət-özəl tərəfdaşlığına əsaslanan modellər təklif olunur. 2017-18-ci illərdən icma əsaslı məktəbəqədər təhsil modeli tətbiq olunur. Bu modelin qiyməti ənənəvi modeldən xeyli ucuzdur".
Nazir bildirib ki, daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində işlənilir.
Emin Əmrullayev deyib ki, ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətini göstərmək planlaşdırılır: "İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər".