https://sputnik.az/20241127/azerbaycanda-kelagayi-festivali-kecirilib--fotolar-469045616.html
Azərbaycanda Kəlağayı Festivalı keçirilib -Fotolar
Azərbaycanda Kəlağayı Festivalı keçirilib -Fotolar
Sputnik Azərbaycan
Festival çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrinin dərnək üzvləri arasında "Kəlağayı milli ruhun simfoniyasıdır" adlı... 27.11.2024, Sputnik Azərbaycan
2024-11-27T23:16+0400
2024-11-27T23:16+0400
2024-11-27T23:16+0400
azərbaycan
mədəniyyət
kələğayı
festival
müsabiqə
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1b/469044262_0:63:1280:783_1920x0_80_0_0_a9c9eb6f848d85cdabb026a71dd2950d.jpg
BAKI, 27 noyabr — Sputnik. 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) tərəfindən III Kəlağayı Festivalı keçirilib. Fevtivalın keçirilməsində əsas məqsəd maddi-mədəni və milli irsimizin uşaq və gənclər arasında təbliğ edilməsi, xalqımıza məxsus mədəni-mənəvi dəyərlərin yaşadılmasından ibarətdir. Festival çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrinin dərnək üzvləri arasında "Kəlağayı milli ruhun simfoniyasıdır" adlı müsabiqə keçirilib. Müsabiqə iki nominasiya ("Müasir geyim obrazında kəlağayı" videotəqdimat müsabiqəsi və "Azərbaycan Kəlağayı ornamentləri rəsmlərdə" rəsm müsabiqəsi) üzrə təşkil olunub. Müsabiqədə 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzləri və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvləri mübarizə aparıblar. Sonda I, II, III yerin qalibləri diplom və sertifikatlarla təltif olunublar. Qeyd edək ki, "Kəlağayı milli ruhun simfoniyasıdır" adlı müsabiqədə qonaq qismində Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil idarəsinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun müdiri Günay Qurbanova, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun əməkdaşı Xanım Oruczadə iştirak ediblər. Onu da qeyd edək ki, III Kəlağayı Festivalı çərçivəsində 5 nömrəli UGİM və Şəki şəhər Rasim Ocaqov adına UGİM-in birgə əməkdaşlığı ilə ustad dərsi, konsert proqramı, Şəki İpək Kombinatına ekskursiya da təşkil olunub. Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Məlumat üçün onu da bildirək ki, Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1b/469044262_76:0:1204:846_1920x0_80_0_0_8dc67dbb4a57ad23175882f817763795.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, kələğayı, festival, müsabiqə
azərbaycan, kələğayı, festival, müsabiqə
Azərbaycanda Kəlağayı Festivalı keçirilib -Fotolar
Festival çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrinin dərnək üzvləri arasında "Kəlağayı milli ruhun simfoniyasıdır" adlı müsabiqə keçirilib.
BAKI, 27 noyabr — Sputnik. 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) tərəfindən III Kəlağayı Festivalı keçirilib. Fevtivalın keçirilməsində əsas məqsəd maddi-mədəni və milli irsimizin uşaq və gənclər arasında təbliğ edilməsi, xalqımıza məxsus mədəni-mənəvi dəyərlərin yaşadılmasından ibarətdir.
Festival çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrinin dərnək üzvləri arasında "Kəlağayı milli ruhun simfoniyasıdır" adlı müsabiqə keçirilib. Müsabiqə iki nominasiya ("Müasir geyim obrazında kəlağayı" videotəqdimat müsabiqəsi və "Azərbaycan Kəlağayı ornamentləri rəsmlərdə" rəsm müsabiqəsi) üzrə təşkil olunub.
Müsabiqədə 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzləri və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvləri mübarizə aparıblar.
Sonda I, II, III yerin qalibləri diplom və sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, "Kəlağayı milli ruhun simfoniyasıdır" adlı müsabiqədə qonaq qismində Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil idarəsinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun müdiri Günay Qurbanova, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun əməkdaşı Xanım Oruczadə iştirak ediblər.
Onu da qeyd edək ki, III Kəlağayı Festivalı çərçivəsində 5 nömrəli UGİM və Şəki şəhər Rasim Ocaqov adına UGİM-in birgə əməkdaşlığı ilə ustad dərsi, konsert proqramı, Şəki İpək Kombinatına ekskursiya da təşkil olunub.
Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Məlumat üçün onu da bildirək ki, Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.