CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda zəlzələ baş verib - Yenilənib

© iStock.com / MicroStockHubSeysmik aktivliyi kağızda qeyd edən seysmoqraf
Seysmik aktivliyi kağızda qeyd edən seysmoqraf - Sputnik Azərbaycan, 1920, 23.11.2024
Abunə olmaq
Təbiət hadisəsi Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnitudada qeydə alınıb.
BAKI, 23 noyabr - Sputnik. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumatda deyilir.
Bildirilir ki, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycanda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da qeydə alınıb.
Qurban Yetirmişli Sputnik Azərbaycan-a bildirib ki, zəlzələ Laçında baş verib. Laçın sakinləri zəlzələni hiss ediblər.
"Zəlzələ bütün Qarabağda və Şərqi Zəngəzurda hiss olunub" - Qurban Yetirmişli bildirib.
13.10.24, 10:00
Xəzər dənizində seysmoaktivlik: Noyabrda ikinci zəlzələ baş verib
Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik daha çox müşahidə edilir. Belə ki, oktyabrın 16-da, 18-də, 19-da, 23-də, habelə noyabrın 7-də Xəzərdə zəlzələlər qeydə alınıb.
05.09.24, 11:17
Azərbaycanda 4,5 ballıq zəlzələ oldu
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Sputnik Azərbaycan-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 10:45-də qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda ən son zəlzələ iyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0