https://sputnik.az/20240703/kiyevin-sulhle-bagli-sozleri-sadece-goruntu-mahiyyeti-dasiyir---zaxarova-465771530.html
Kiyevin sülhlə bağlı sözləri sadəcə görüntü mahiyyəti daşıyır - Zaxarova
Kiyevin sülhlə bağlı sözləri sadəcə görüntü mahiyyəti daşıyır - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Zelenski özünü Ukraynanın taleyini dəyişdirməli olan bir şəxs kimi elan edə bilərdi. 03.07.2024, Sputnik Azərbaycan
2024-07-03T17:28+0400
2024-07-03T17:28+0400
2024-07-03T17:28+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
mariya zaxarova
ukrayna
vladimir zelenski
viktor orban
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463060938_0:178:3008:1870_1920x0_80_0_0_6befe712bead2a466ff547148fb2385f.jpg
BAKI, 3 iyul — Sputnik. Kiyevin sülhlə bağlı sözləri sadəcə görüntü mahiyyəti daşıyır, əslində o, Rusiyaya strateji məğlubiyyət vermək üçün kollektiv Qərbin qarşısına qoyduğu məqsədə əməl etməyə davam edir. Bunu Sputnik radiosuna Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Macarıstanın baş naziri Viktor Orbanın atəşkəs təklifinə Ukraynanın reaksiyasını şərh edərkən deyib. "Sülhlə bağlı bütün sözlər sadəcə klişedir, tezislər kimi əzbərlənməli və tələffüz edilməli olan sözlərdir" - diplomat bildirib. "ABŞ-ın aləti kimi seçdiyi şəxslərdən nə gözləyirdiniz? Bu alətin özü nə etməli və necə olmalıdır? Ukrayna prezidenti Vladimir Zelenski əvvəlcə oliqarx İqor Kolomoyski (Rusiya Federasiyasında ekstremistlər və terrorçular siyahısına daxil edilib) tərəfindən alınıb, sonra isə Kolomoyski tərəfindən yenidən amerikalı sahiblərə satılıb", Zaxarova deyib. "Zelenski özünü Ukraynanın taleyini dəyişdirməli olan bir şəxs kimi elan edə bilərdi. Bir neçə dəfə satılanın, hər hansı müstəqilliyi artıq indiki mərhələdə, xüsusən də qərblilərin Zelenskiyə hər hansı danışıqlar aparmasını bilavasitə qadağan etdiklərini etiraf etdikdən sonra mənə ən azı sadəlövhlük kimi görünür", rəsmi nümayəndə qeyd edib. Orbanın Təşəbbüsü İyunun 2-də Orban Kiyevdə Zelenski ilə görüşdə Rusiya ilə sülh danışıqlarına hazırlaşmaq Ukraynada müvəqqəti atəşkəs yaratmağı təklif edib. Kiyevdəki danışıqlardan sonra jurnalistlərlə görüşdə Zelenski Orbanın təklifi ilə bağlı heç nə deməsə də, Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva daha sonra bildirib ki, bu cür təşəbbüslər nizamlanmanın digər aspektlərindən təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz. Səfərin sonunda Macarıstanın baş naziri İsveçrənin həftəlik "Die Weltwoche" qəzetinə verdiyi müsahibədə Zelenskinin atəşkəs ideyasını həqiqətən bəyənmədiyini söyləyib. Eyni zamanda, Orban Zelenskinin bu barədə bəzi şübhələri olduğunu açıqlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463060938_139:0:2870:2048_1920x0_80_0_0_3bea5627725bf48e5177c722e87636f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, ukrayna, vladimir zelenski, viktor orban
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, ukrayna, vladimir zelenski, viktor orban
Kiyevin sülhlə bağlı sözləri sadəcə görüntü mahiyyəti daşıyır - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Zelenski özünü Ukraynanın taleyini dəyişdirməli olan bir şəxs kimi elan edə bilərdi.
BAKI, 3 iyul — Sputnik. Kiyevin sülhlə bağlı sözləri sadəcə görüntü mahiyyəti daşıyır, əslində o, Rusiyaya strateji məğlubiyyət vermək üçün kollektiv Qərbin qarşısına qoyduğu məqsədə əməl etməyə davam edir. Bunu Sputnik radiosuna Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Macarıstanın baş naziri Viktor Orbanın atəşkəs təklifinə Ukraynanın reaksiyasını şərh edərkən deyib.
"Sülhlə bağlı bütün sözlər sadəcə klişedir, tezislər kimi əzbərlənməli və tələffüz edilməli olan sözlərdir" - diplomat bildirib.
"ABŞ-ın aləti kimi seçdiyi şəxslərdən nə gözləyirdiniz? Bu alətin özü nə etməli və necə olmalıdır? Ukrayna prezidenti Vladimir Zelenski əvvəlcə oliqarx İqor Kolomoyski (Rusiya Federasiyasında ekstremistlər və terrorçular siyahısına daxil edilib) tərəfindən alınıb, sonra isə Kolomoyski tərəfindən yenidən amerikalı sahiblərə satılıb", Zaxarova deyib.
"Zelenski özünü Ukraynanın taleyini dəyişdirməli olan bir şəxs kimi elan edə bilərdi. Bir neçə dəfə satılanın, hər hansı müstəqilliyi artıq indiki mərhələdə, xüsusən də qərblilərin Zelenskiyə hər hansı danışıqlar aparmasını bilavasitə qadağan etdiklərini etiraf etdikdən sonra mənə ən azı sadəlövhlük kimi görünür", rəsmi nümayəndə qeyd edib.
İyunun 2-də Orban Kiyevdə Zelenski ilə görüşdə Rusiya ilə sülh danışıqlarına hazırlaşmaq Ukraynada müvəqqəti atəşkəs yaratmağı təklif edib.
Kiyevdəki danışıqlardan sonra jurnalistlərlə görüşdə Zelenski Orbanın təklifi ilə bağlı heç nə deməsə də, Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva daha sonra bildirib ki, bu cür təşəbbüslər nizamlanmanın digər aspektlərindən təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz. Səfərin sonunda Macarıstanın baş naziri İsveçrənin həftəlik "Die Weltwoche" qəzetinə verdiyi müsahibədə Zelenskinin atəşkəs ideyasını həqiqətən bəyənmədiyini söyləyib. Eyni zamanda, Orban Zelenskinin bu barədə bəzi şübhələri olduğunu açıqlayıb.