Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Finlandiya sərhəd xidmətlərinin birbaşa dialoqundan yayınır - Zaxarova

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 07.02.2024
Abunə olmaq
Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd ah edib ki, Soyuq Müharibə dövrünə qayıtmaq ruhunda atılan bu cür addımlar Avropa qitəsində yeni ayırıcı xətlərin çəkilməsindən başqa bir şey deyil.
BAKI, 7 fevral — Sputnik. Helsinki Moskva ilə Rusiya tərəfdən gəldiyi iddia edilən ölkənin təhlükəsizliyi üçün sərhəd təhdidlərini müzakirə etmək istəmir və sərhəd xidmətlərinin birbaşa dialoqundan yayınır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "RİA Novosti"yə deyib.
Bu yaxınlarda Finlandiya rəhbərliyi ölkənin Rusiya ilə sərhədi aça bilməyəcəyini bəyan edib.

"Finlandiya tərəfinin Rusiya ilə sərhədin açılmasının mümkünsüzlüyü ilə bağlı bəyanatları heç bir yenilik daşımır və fikrimizcə, Finlandiya hakimiyyətinin birgə sərhədin fəaliyyətinin təmin edilməsi məsələlərinə yalnız siyasiləşdirilmiş yanaşma ilə diktə olunur" - Zaxarova bu açıqlamalara cavab olaraq qeyd edib.

Diplomat bildirib ki, "soyuq Müharibə dövrünə qayıtmaq ruhunda atılan bu cür addımlar Avropa qitəsində yeni ayırıcı xətlərin çəkilməsindən başqa bir şey deyil".
Zaxarovanın sözlərinə görə, "Vətəndaşların qarşılıqlı səfərlərini və əlaqələrini asanlaşdırmaq üçün ATƏT çərçivəsində Finlandiyanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olaraq Rusiya-Finlandiya sərhədinin bağlanması qərarlarına görə məsuliyyət tamamilə Finlandiya hakimiyyətinin üzərinə düşür".
Diplomat onu da əlavə edib ki, "Helsinkidə Finlandiyanın təhlükəsizliyi üçün yaranan guya Rusiya sərhəddindən gələn təhdidləri inadla bizimlə müzakirə etməkdən imtina edirlər".
"Sərhəddəki mövcud qeyri-sağlam vəziyyəti aradan qaldırmaq üçün Finlandiya hakimiyyətinin yayındığı iki dövlətin sərhəd xidmətlərinin birbaşa və konstruktiv dialoqdur" – Zaxarova fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0