Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Üç il bəs edəcəkmi: Bakı və Moskva əməkdaşlığı hansı sahələrdə inkişaf etdirəcək?

© AFP 2024 / EMMANUEL DUNANDBakı
Bakı  - Sputnik Azərbaycan, 1920, 25.01.2024
Abunə olmaq
Azərbaycan və Rusiya arasında "2024-2026-cı illər üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafına dair Yol Xəritəsi" imzalanıb.
BAKI, 25 yanvar — Sputnik. Ötən il Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələri üçün kifayət qədər uğurlu oldu - ticarət dövriyyəsi təxminən 20 faiz artdı, qarşılıqlı investisiyalarda da artım müşahidə olundu. Lakin ölkələr bununla kifayətlənməmək qərarına gəliblər və qısa müddətdə əməkdaşlığın inkişafına yönəlmiş addımlar atırlar.
Belə ki, yanvarın 22-də Bakı və Moskva arasında "2024-2026-cı illər üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafına dair Yol Xəritəsi" imzalanıb. Sənədi Bakıda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və onun azərbaycanlı həmkarı Şahin Mustafayev imzalayıblar.
© Photo : The Russian GovernmentRusiya Baş nazirinin müavini Aleksey Overçuk və onun azərbaycanlı həmkarı Şahin Mustafayev, arxiv
Вице-премьеры Азербайджана и России Шахин Мустафаев и Алексей Оверчук, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və onun azərbaycanlı həmkarı Şahin Mustafayev, arxiv
Dünya ticarətinin regionlaşdırılmasından yaranan ehtiyac
İqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat kafedrasının dosenti Emin Qəribli hesab edir ki, Rusiya ilə Azərbaycan arasında imzalanmış yol xəritəsi qlobal iqtisadiyyatın və ticarət tələblərinə və tendensiyalarına cavab verən mühüm sənəddir.
"Bu gün dünya iqtisadiyyatında baş verən hadisələr və tendensiyalar sürətlə dəyişir və onları izləmək çox çətindir. Ona görə də mövcud qanunauyğunluqların və tendensiyaların müəyyənləşdirilməsi ilə nəticələnən proseslərin birbaşa öyrənilməsi çox vacibdir. Bu, ölkə hökumətlərini belə analiz aparmağa və keçən proseslərə tezliklə reaksiya verməyə məcbur edir. Ölkələr arasında imzalanan sənəd əslində qlobal tendensiyalara reaksiyadır" - Qəribli "Sputnik Azərbaycan"a bildirib.
© Photo : From the personal archive of Emin Garibliİqtisadçı ekspert - Emin Qəribli
İqtisadçı ekspert  - Emin Qəribli - Sputnik Azərbaycan, 1920, 24.01.2024
İqtisadçı ekspert - Emin Qəribli
"Belə ki, bu gün dünyada qloballaşma prosesi dayanıb, regional əməkdaşlığın prioritet olduğu bir vaxtda regionallaşma prosesi gedir. Belə bir şəraitdə region ölkələri birgə hərəkət etməlidir" - iqtisadçı qeyd edib.

"Bundan əlavə, biz texnologiyaların dəyişdiyi dördüncü sənaye inqilabına keçirik. Burada birlikdə hərəkət etmək və əməkdaşlıq edərək uğur qazanmaq lazımdır. Bu məsələdə regional əməkdaşlıq nəticəsində əhəmiyyətli uğurlar qazanan Asiya, həmçinin Latın Amerika ölkələrini nümunə göstərmək olar" - Qəribli sözünə davam edib.

© Photo : Official Internet resource of the Ministry of Transport of the Russian FederationGömrük postu
Открытие автомобильного пункта пропуска (АПП) Яраг-Казмаляр на российско-азербайджанской границе - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Gömrük postu
Ekspertin sözlərinə görə, Rusiya regionun Azərbaycanla eyni inkişaf mərhələsində olan ən böyük dövlətlərindən biridir. Bakı və Moskva bir çox sahələrdə - kənd təsərrüfatı, ticarət, turizm, sənaye istehsalından tutmuş elm və təhsilə qədər əməkdaşlıq edir. Bundan əlavə, iqtisadiyyatın müasir sahələrində, məsələn, alternativ enerji sahəsində əməkdaşlıq inkişaf edir.
Azərbaycan və Rusiya Federasiyası bir-biri üçün niyə vacibdir?
Emin Qəribli hesab edir ki, Azərbaycan bəzi sektorlar üzrə dünya iqtisadiyyatının lideri olmasa da, ölkə regional iqtisadi proseslərdə mühüm rol oynayır. Ona görə də əməkdaşlığın inkişafı və bir-birinə müvafiq imtiyazların verilməsi bugünkü Rusiya-Azərbaycan münasibətlərində çox mühüm məqamdır.

"Xüsusən, Rusiya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq Azərbaycan üçün son dərəcə mühüm rol oynayır. Məsələn, buğda idxalı respublika üçün həyati əhəmiyyət kəsb edir və bu mənada Rusiya ölkənin əsas ticarət tərəfdaşıdır. Qeyd edək ki, bir çox ölkələrin bir sıra ərzaq problemləri ilə üzləşdiyi pandemiya dövründə Rusiya Federasiyası ilə əməkdaşlığın inkişafı nəticəsində Azərbaycanın belə problemləri olmayıb. Bundan başqa, Rusiya Azərbaycanın meyvə və tərəvəzlərinin əsas istehlak bazarıdır" - ekspert vurğulayıb.

Qəribli qeyd edib ki, Azərbaycan və Rusiya proseslərə vaxtında reaksiya verməli, iqtisadi əlaqələrin inkişafından ötrü bir-biri üçün müvafiq şərait yaratmalıdır.
"Ölkələr artıq elə bir əməkdaşlıq səviyyəsinə çatıblar ki, onlar əməkdaşlıq üçün qarşılıqlı üstünlüklər verməlidirlər. Həmçinin Bakı və Moskva müqayisəli üstünlüyə malik olduqları sənaye sahələrini müəyyənləşdirməli və onları inkişaf etdirməlidirlər. Məsələn, sənaye istehsalında və elmi-texniki fəaliyyətdə iki ölkənin əməkdaşlığı olmadan iqtisadi uğur qazanmaq mümkün deyil" – o belə hesab edir.
Ekspertin sözlərinə görə, yol xəritəsi bizə müəyyən proseslərdən asılı olmayaraq müntəzəm sürətdə ikitərəfli layihələr hazırlamağa və yeni layihələrin həyata keçirilməsini tənzimləməyə imkan verir.

"Yol xəritəsinin mövcudluğu bizə imkan verəcək ki, iqtisadiyyatlarımızın məruz qaldığı təzyiqləri vaxtaşırı müzakirə edək, çünki hər iki ölkə eyni inkişaf səviyyəsindədir. Bu gün ortaq problemlər çoxdur və onların birgə həlli bizə bundan sonrakı inkişafa imkan yaradacaq" - iqtisadçı əlavə edib.

Bununla yanaşı, Qəribli hesab edir ki, 2026-cı ilin sonuna qədər Azərbaycan və Rusiyanın birgə istehsal etdiyi malların siyahısı genişlənməlidir.
"Bu, ikitərəfli münasibətlərin inkişafının ən mühüm göstəricisi olacaq. Ümid edirəm ki, 2026-cı ildə bir çox məhsul olacaq ki, biz onları birlikdə istehsal etdiyimizi əminliklə söyləyəcəyik. Bu, məsələn, neft-qaz və digər avadanlıq ola bilər. Yəni, gündəm sənaye kooperasiyasının inkişafı olmalıdır" - "Sputnik Azərbaycan"ın həmsöhbəti sözünü yekunlaşdırıb.
Prioritetlər dəyişməyib
Rusiya Federasiyasının Maliyyə Universitetinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets hesab edir ki, Azərbaycan və Rusiya arasında yol xəritəsi ölkələrə əməkdaşlığı inkişaf etdirməyə və dərinləşdirməyə imkan verəcək, eyni zamanda hər iki dövlətə iqtisadi gəlir gətirəcək.
"Son zamanlar iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri dəyişməyib - bu, ilk növbədə, sənaye kooperasiyasının inkişafı, məhsulların tədarüküdür. Biz Azərbaycanın Rusiyaya süfrə yumurtası ilə bağlı problemlərin həllində necə kömək etdiyini görürük" - Zubets "Sputnik Azərbaycan"a bildirib.
CC0 / MiLaNa19 / Зубец, Алексей НиколаевичRusiya Federasiyasının Maliyyə Universitetinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets, arxiv
Алексей Николаевич Зубец - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Rusiya Federasiyasının Maliyyə Universitetinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets, arxiv
Üstəlik, Qərbin sanksiyalarına görə Rusiyanın öz ərazisində istehsal edə bilmədiyi müxtəlif maşınqayırma məhsullarının yaradılmasında sənaye əməkdaşlığının inkişafı vacibdir.
Bundan əlavə, ölkələr arasında nəqliyyat kommunikasiyalarının inkişafı da mühüm sahə olaraq qalır.

"Yəni, ölkələr arasında əməkdaşlığın əsas istiqamətləri ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı sektoru olaraq qalır. Üstəlik, enerji layihələri var, turizmin inkişafı var. Humanitar əməkdaşlıq da vacibdir. Qeyd etmək lazımdır ki, əgər postsovet məkanında rusdilli əhalinin vəziyyətindən danışsaq, Azərbaycan rusdilli əhalinin və rus mədəniyyətinin bu və ya digər təzyiqləri ilə qarşılaşdığı digər dövlətlərdən fərqli olaraq ən yaxşılardan biridir. Bu kimi hallar Azərbaycanda mövcud deyil" - Zubets vurğulayıb.

Nəqliyyat və logistika layihələrinin inkişafında gecikmələr
İqtisadçının fikrincə, o qədər də yaxşı inkişaf etməyən yeganə şey nəqliyyat dəhlizləridir ki, bu da Rusiyaya qarşı sanksiyalarla bağlıdır.
"Rusiyanın Dəmir Yolları sanksiyalara məruz qaldığından və bu dəhlizlər Rusiya şirkətinin iştirakı ilə həyata keçirilməli olduğundan, bu gün Azərbaycan tərəfi sanksiyalara düşməkdən qorxduğu üçün bu inkişafı ləngidir. Amma buna baxmayaraq, bütün bu dəhlizlər işləyəcək" - Zubets deyib.
© Sputnik / Виталий Аньков / Mediabanka keçidRusiyanın Dəmir Yolları
Прибытие грузового поезда к станции Владивосток - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Rusiyanın Dəmir Yolları
Üç illik yol xəritəsinin imzalanması onunla bağlıdır ki, Azərbaycan-Rusiya layihələrinin hamısı kifayət qədər uzunmüddətlidir və iki ay və ya rüb ərzində həyata keçirilə bilməzlər.

"Fikrimcə, üç il üçün nəzərdə tutulan yol xəritəsi kifayət deyil. Sonra onu uzatmaq və genişləndirmək lazım olacaq" - Ekspert bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0