Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Rusiya iqtisadiyyatının qarşısına qoyulan vəzifəni açıqladı

© Sputnik / Илья Питалев / Mediabanka keçidSergey Lavrov, arxiv
Sergey Lavrov, arxiv - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Abunə olmaq
RF XİN rəhbəri Rusiyanın yaxın ətrafı olan ölkələr arasında İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin adını çəkib.
BAKI, 18 yanvar — Sputnik. Rusiya 2024-cü ildə qarşısına iqtisadiyyatda və tədarük zəncirlərində Qərbdən istənilən asılılıqdan qurtulmaq vəzifəsi qoyur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

"Məqsədlər aydındır - bu və ya digər şəkildə Qərb həmkarlarımız tərəfindən idarə olunan və ya böyük təsirə məruz qalan istehsal və satış, maliyyə, bank, logistika zəncirlərindən asılı olmaq ehtiyacından xilas olmaq" - Lavrov deyib.

Lavrov Rusiyanın yaxın ətrafı olan ölkələr arasında İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin adını çəkib.
Rusiya XİN rəhbəri bildirib ki, 2023-cü il Qərb ölkələrinin öz eqoist maraqlarına əsaslanan qəbuledilməz geosiyasi "manevr"lərini göstərdi.
Lavrov deyib ki, Rusiya regiondankənar qüvvələrin müdaxiləsi olmadan Avrasiyada hərbi-siyasi təhlükəsizliyin gücləndirilməsi tədbirlərinin tərəfdarıdır.
"Başqa amillərdən asılı olmayaraq Avrasiyada hərbi-siyasi təhlükəsizliyin təmin edilməsi vacibdir. Çalışacağıq ki, bu məsələ sözügedən proseslərə regiona aid olmayan ölkələrin müdaxiləsi olmadan qitə ölkələri tərəfindən həll olunsun" - XİN rəhbəri qeyd edib.
Lavrov onu da bildirib ki, Rusiya və Çin arasında münasibətlər indi çoxəsrlik tarixinin ən yaxşı dövrünü yaşayır:

"Si Cinpinin 2023-cü ilin martında yenidən Çin Xalq Respublikasının sədri seçildikdən sonra ilk dövlət səfərini Moskvaya etməsi bizim üçün xüsusilə dəyərlidir. Çin iqtisadiyyatı Hindistanla yanaşı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0