https://sputnik.az/20240108/nato-rusiya-ile-qarsidurmada-uduzur---tarixci-461785242.html
NATO Rusiya ilə qarşıdurmada uduzur - tarixçi
NATO Rusiya ilə qarşıdurmada uduzur - tarixçi
Sputnik Azərbaycan
Kitabda tədqiqatçı hazırkı Fransa prezidenti Emmanuel Makronun dövründə Avropa İttifaqının yaranmasından bəri formalaşan “Fransa-Almaniya tandemi”nin... 08.01.2024, Sputnik Azərbaycan
2024-01-08T10:01+0400
2024-01-08T10:01+0400
2024-01-08T10:01+0400
nato
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
almaniya
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232960_0:89:3322:1958_1920x0_80_0_0_9e379f28067f14f771f385c78fadcd7a.jpg
BAKI, 8 yanvar — Sputnik. NATO Ukrayna münaqişəsində məğlubiyyətə doğru gedir. Bu da ABŞ-ın istəklərinin əksinə olaraq, son nəticədə Rusiyanın Avropa ilə anlaşması və Almaniya ilə yaxınlaşması ilə nəticələnəcək. TASS xəbər verir ki, bu fikri fransız tarixçisi və antropoloqu Emmanuel Todd özünün “Qərbin məğlubiyyəti” adlı yeni kitabının nəşri ilə bağlı “Le Point” jurnalına müsahibəsində bildirib. Tarixçi hesab edir ki, amerikalılar ABŞ-ın Avropa güc sistemindən qovulmasına gətirib çıxaracaq Rusiya ilə Almaniya arasında yaxınlaşmadan yayınmağı qarşılarına məqsəd qoyublar. O qeyd edib ki, amerikalılar Qərbi xilas etməkdənsə, Avropanı məhv etməyi seçiblər və əlavə edib ki, NATO Ukrayna münaqişəsində və bütövlükdə Rusiya Federasiyası ilə qarşıdurmada məğlubiyyətə doğru irəliləyir. Kitabda tədqiqatçı hazırkı Fransa prezidenti Emmanuel Makronun dövründə Avropa İttifaqının yaranmasından bəri formalaşan “Fransa-Almaniya tandemi”nin beynəlxalq arenadan silinməyə başladığını yazır. Eyni zamanda, onun fikrincə, Polşa Vaşinqtonun Aİ-dəki əsas agentinə çevrilib, bu rolu İttifaqdan ayrılan Böyük Britaniyadan təhvil alıb. Todd deyir ki, qitədə Franko-Alman oxunu Vaşinqtondan idarə olunan London-Kiyev-Varşava oxu əvəz edir. Eyni zamanda, o, Almaniyanın Avropada sənaye, demoqrafik və sosioloji amillərin sabitliyi səbəbindən ümumi hesab ediləndən daha çox çevik olduğu fikrini ifadə edib. Ümumi rusofobiya Tarixçi qeyd edib ki, hazırda Qərbdə bəyanatların 99%-i Moskvaya qarşı qəti ittihamlar üzərində qurulur. O qeyd edib ki, Qərb ölkələri tam rusofobiya halındadır və ilkin olaraq hər şeydə Rusiyanı günahlandırmağa meyllidirlər. ABŞ-da prezidentlik yarışının nəticəsinin Ukrayna münaqişəsinin gedişinə necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran mütəxəssis bildirib ki, Rusiya bundan əvvəl tutduğu kursu dəyişməyəcək. Onun sözlərinə görə, Qərb ölkələrinin nümayəndələri TASS agentliyini oxusalar, rusiyalıların ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Co Baydenlə Donald Tramp arasında fərq qoymadığını görəcəklər. “Rusiya ABŞ ilə münaqişədədir və liderlərin dəyişməsinə əhəmiyyət vermir”, - Todd deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232960_297:0:3026:2047_1920x0_80_0_0_d01728d0db9dcf109539d7af8a28b2ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nato, almaniya, rusiya
NATO Rusiya ilə qarşıdurmada uduzur - tarixçi
Kitabda tədqiqatçı hazırkı Fransa prezidenti Emmanuel Makronun dövründə Avropa İttifaqının yaranmasından bəri formalaşan “Fransa-Almaniya tandemi”nin beynəlxalq arenadan silinməyə başladığını yazır.
BAKI, 8 yanvar — Sputnik. NATO Ukrayna münaqişəsində məğlubiyyətə doğru gedir. Bu da ABŞ-ın istəklərinin əksinə olaraq, son nəticədə Rusiyanın Avropa ilə anlaşması və Almaniya ilə yaxınlaşması ilə nəticələnəcək. TASS xəbər verir ki, bu fikri fransız tarixçisi və antropoloqu Emmanuel Todd özünün “Qərbin məğlubiyyəti” adlı yeni kitabının nəşri ilə bağlı “Le Point” jurnalına müsahibəsində bildirib.
Tarixçi hesab edir ki, amerikalılar ABŞ-ın Avropa güc sistemindən qovulmasına gətirib çıxaracaq Rusiya ilə Almaniya arasında yaxınlaşmadan yayınmağı qarşılarına məqsəd qoyublar.
O qeyd edib ki, amerikalılar Qərbi xilas etməkdənsə, Avropanı məhv etməyi seçiblər və əlavə edib ki, NATO Ukrayna münaqişəsində və bütövlükdə Rusiya Federasiyası ilə qarşıdurmada məğlubiyyətə doğru irəliləyir.
Kitabda tədqiqatçı hazırkı Fransa prezidenti Emmanuel Makronun dövründə Avropa İttifaqının yaranmasından bəri formalaşan “Fransa-Almaniya tandemi”nin beynəlxalq arenadan silinməyə başladığını yazır. Eyni zamanda, onun fikrincə, Polşa Vaşinqtonun Aİ-dəki əsas agentinə çevrilib, bu rolu İttifaqdan ayrılan Böyük Britaniyadan təhvil alıb. Todd deyir ki, qitədə Franko-Alman oxunu Vaşinqtondan idarə olunan London-Kiyev-Varşava oxu əvəz edir.
Eyni zamanda, o, Almaniyanın Avropada sənaye, demoqrafik və sosioloji amillərin sabitliyi səbəbindən ümumi hesab ediləndən daha çox çevik olduğu fikrini ifadə edib.
“Rusiya və Almaniya sonda razılığa gələcək, sülh bərpa olunacaq”, - Todd deyib.
Tarixçi qeyd edib ki, hazırda Qərbdə bəyanatların 99%-i Moskvaya qarşı qəti ittihamlar üzərində qurulur. O qeyd edib ki, Qərb ölkələri tam rusofobiya halındadır və ilkin olaraq hər şeydə Rusiyanı günahlandırmağa meyllidirlər.
ABŞ-da prezidentlik yarışının nəticəsinin Ukrayna münaqişəsinin gedişinə necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran mütəxəssis bildirib ki, Rusiya bundan əvvəl tutduğu kursu dəyişməyəcək. Onun sözlərinə görə, Qərb ölkələrinin nümayəndələri TASS agentliyini oxusalar, rusiyalıların ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Co Baydenlə Donald Tramp arasında fərq qoymadığını görəcəklər.
“Rusiya ABŞ ilə münaqişədədir və liderlərin dəyişməsinə əhəmiyyət vermir”, - Todd deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.