https://sputnik.az/20231213/mdb-azerbaycan-belarus-ve-rusiyaya-musahideciler-gonderecek---lebedev-461267275.html
MDB Azərbaycan, Belarus və Rusiyaya müşahidəçilər göndərəcək - Lebedev
MDB Azərbaycan, Belarus və Rusiyaya müşahidəçilər göndərəcək - Lebedev
Sputnik Azərbaycan
Müstəqil Dövlətlər Birliyinin baş katibi bildirib ki, MDB İcraiyyə Komitəsi artıq bu seçkiləri müşahidə etməyə hazırlaşır. 13.12.2023, Sputnik Azərbaycan
2023-12-13T12:04+0400
2023-12-13T12:04+0400
2023-12-13T12:24+0400
siyasət
rusiya
azərbaycan
belarus
mdb
seçki
https://cdnn1.img.sputnik.az/img/42268/38/422683853_0:0:2000:1125_1920x0_80_0_0_4ea94d8a65fb798a13b6ada40d772df9.jpg
BAKI, 13 dekabr — Sputnik. MDB Azərbaycan, Belarus və Rusiyada keçiriləcək seçkilərə müşahidə missiyaları göndərmək niyyətindədir, Bakı artıq dəvət göndərilib. Bunu Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev bildirib. O qeyd edib ki, bu ölkələrdə müşahidəçi missiyalarının formalaşdırılması və göndərilməsi üçün dəvətlər alınıb. Lebedev bildirib ki, artıq Bakıdan dəvət gəlib, digər dövlətlər şifahi dəvət alıblar. Ümid edirəm ki, biz bu missiyanın öhdəsindən gələcəyik", - baş katib qeyd edib. Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.Belarusda parlamentin aşağı palatasına və yerli deputatlar şuralarına seçkilərin bir səsvermə günü - 2024-cü il fevralın 25-də, yuxarı palataya isə 2024-cü il aprelin 4-də keçirilməsi planlaşdırılır. Belarus parlamentinin 110 deputatdan ibarət Nümayəndələr Palatası dörd il müddətinə seçilir. Müstəqil Belarusun tarixində parlament seçkiləri 1995, 2000, 2004, 2008, 2012, 2016, 2019-cu illərdə keçirilib.Rusiya Federasiya Şurası Rusiyada prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Ölkənin Mərkəzi Seçki Komissiyası səsvermənin üç gün - martın 15-dən 17-dək davam edəcəyi barədə qərar qəbul edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42268/38/422683853_219:0:1992:1330_1920x0_80_0_0_2162807e47060e31b3e5f193c8825960.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, azərbaycan, belarus, mdb, seçki
rusiya, azərbaycan, belarus, mdb, seçki
MDB Azərbaycan, Belarus və Rusiyaya müşahidəçilər göndərəcək - Lebedev
12:04 13.12.2023 (Yenilənib: 12:24 13.12.2023) Müstəqil Dövlətlər Birliyinin baş katibi bildirib ki, MDB İcraiyyə Komitəsi artıq bu seçkiləri müşahidə etməyə hazırlaşır.
BAKI, 13 dekabr — Sputnik. MDB Azərbaycan, Belarus və Rusiyada keçiriləcək seçkilərə müşahidə missiyaları göndərmək niyyətindədir, Bakı artıq dəvət göndərilib. Bunu Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev bildirib.
"Gələn il Birliyimizin aparıcı dövlətlərində seçkilər ilidir. Əvvəlcə fevralda Azərbaycanda prezident seçkiləri, sonra fevralda Belarusda parlament seçkiləri, martda isə Rusiyada prezident seçkiləri olacaq. MDB İcraiyyə Komitəsi artıq bu seçkiləri müşahidə etməyə hazırlaşır", - deyə Lebedev Minskdə jurnalistlərə bildirib.
O qeyd edib ki, bu ölkələrdə müşahidəçi missiyalarının formalaşdırılması və göndərilməsi üçün dəvətlər alınıb. Lebedev bildirib ki, artıq Bakıdan dəvət gəlib, digər dövlətlər şifahi dəvət alıblar. Ümid edirəm ki, biz bu missiyanın öhdəsindən gələcəyik", - baş katib qeyd edib.
Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
Belarusda parlamentin aşağı palatasına və yerli deputatlar şuralarına seçkilərin bir səsvermə günü - 2024-cü il fevralın 25-də, yuxarı palataya isə 2024-cü il aprelin 4-də keçirilməsi planlaşdırılır. Belarus parlamentinin 110 deputatdan ibarət Nümayəndələr Palatası dörd il müddətinə seçilir. Müstəqil Belarusun tarixində parlament seçkiləri 1995, 2000, 2004, 2008, 2012, 2016, 2019-cu illərdə keçirilib.
Rusiya Federasiya Şurası Rusiyada prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Ölkənin Mərkəzi Seçki Komissiyası səsvermənin üç gün - martın 15-dən 17-dək davam edəcəyi barədə qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.