Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Azərbaycan və Ermənistan rəsmilərinin sərhəddə görüşünü alqışlayır

© Sputnik / Станислав Красильников / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Abunə olmaq
Rusiyanın bu mövqeyini dekabrın 5-də Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov təsdiqləyib.
BAKI, 6 dekabr — Sputnik. Moskva Ermənistan və Azərbaycan nümayəndələrinin sərhəddə görüşünü alqışlayır və sərhədin delimitasiyasına köməklik göstərməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

"Biz öz tərəfimizdən delimitasiya işlərində bilavasitə hər cür yardım göstərməyə hazırıq. Bura həmçinin lazımi kartoqrafik materialların verilməsi də daxildir", - o, brifinq zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın bu mövqeyini dekabrın 5-də Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov təsdiqləyib.
Noyabrın 30-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.
Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0