SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistana təzyiq göstərilməlidir - XİN rəsmisi

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidİrəvana mənzərə, arxiv şəkli
İrəvana mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
XİN rəsmisi bildirir ki, dünya ölkələrinin Azərbaycandakı mina problemi ilə məlumatlandırılması beynəlxalq təşkilatların və xarici ölkələrin əməkdaşlığı ilə nəticələnməlidir.
BAKI, 4 dekabr — Sputnik. "Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünya ölkələrinin Azərbaycandakı mina problemi ilə məlumatlandırılması beynəlxalq təşkilatların və xarici ölkələrin əməkdaşlığı ilə nəticələnməlidir:

"Çünki hazırda mina problemi ilə mübarizə Azərbaycanda əsas prioritet sahədir. Azərbaycanda minatəmizləmə üçün tələb olunan məbləğ 25 milyard dollar, son üç ildə göstərilən yardım isə 10 milyon dollardır. Bu rəqəmlər yaşanan problem qarşısında göstərilən yardımın nə qədər kiçik olduğunu görməyə kömək edir".

© AR Ministry of DefenceMina axtarışı, arxiv
Инженерные работы на территориях, освобожденных в результате Отечественной войны - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Mina axtarışı, arxiv
XİN rəsmisi hesab edir ki, beynəlxalq aktorlar Azərbaycana sözügedən problemlə bağlı öz dəstəklərini artırmalıdırlar.
"Ermənistana mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün təzyiq göstərilməlidir. Çünki bu addım özü də Azərbaycana mina problemi ilə mübarizəyə kömək olacaq", - deyə xüsusi tapşırıqlar üzrə səfir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0