CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün nə bayramıdır: 1 dekabr

© Sputnik1 dekabr
1 dekabr - Sputnik Azərbaycan, 1920, 01.12.2023
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib. Bütün bu hadisələr haqqında daha ətraflı Sputnik Azərbaycan-ın icmalında.
BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də bir çox dünya şöhrətli, həmçinin Azərbaycandan olan aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün tarixə düşən hadisələr də baş verib.
1 dekabrda kimlər anadan olub?
Azər Dadaşov (1946) - Azərbaycanın xalq artisti, bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, "Humay" Milli Mükafatı laureatıdır (2001).
VI Lüdovik (1081-1137) - Fransa kralı (1108-1137), Kapetinqlər sülaləsinin beşinci kralıdır. Onun dövründə Fransada kral hakimiyyətinin gücləndirilməsi başlayıb.
Ann Mariya Tüsso (1761-1850) - uzun müddət Böyük Britaniyada yaşamış fransız heykəltəraşdır. Londonda məşhur Madam Tüsso mum muzeyinin yaradıcısıdır.
Mirra Loxvitskaya (1869-1905) - rusiyalı şairədir. Bəzi tədqiqatçılar onu Anna Axmatova və Marina Tsvetayevaya yol açan XX əsrin rusiyalı "qadın poeziyası"nın banisi hesab edirlər.
Vsevolod Bobrov (1922-1979) - rusiyalı futbolçu, xokkeyçi, futbol və xokkey məşqçisidir. Tarixdə həm yay (1952) həm də qış (1956) Olimpiya Oyunlarında iştirak edən yeganə idmançıdır.
Gennadi Xazanov (1945) - Rusiyanın estrada artisti, teatr və kino aktyoru, teleaparıcı və Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) xalq artistidir. 1997-ci ildən bəri Moskva Estrada Teatrının bədii rəhbəri vəzifəsində çalışır.
Vudi Allen (1935) - ABŞ kinorejissoru, aktyor-komediyaçı, prodüser, dördqat "Oskar" mükafatı laureatı, yazıçı, çoxsaylı hekayə və pyeslərin müəllifidir.
Dekabrın 1-də dünyada baş verən tarixi hadisələr
1510-cu ildə Səfəvi qoşunları ilə Şeybanilər (özbəklər) arasında Mərv döyüşü baş verib. Səfəvilər qalib gəliblər. Onlar Xorasan bölgəsini Səfəvi imperiyasına birləşdiriblər.
1800-cü ildə Vaşinqton ABŞ-ın paytaxtı olub.
1945-ci ildə SSRİ-də Beynəlxalq Demokratik Qadınlar Federasiyası yaradılıb.
1959-cu ildə Antarktika haqqında Müqaviləsi bağlanıb, buna görə Antarktidadan hər hansı bir hərbi məqsədlər üçün istifadə qadağandır.
1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı dekabrın 1-ni Ümumdünya QiÇS-lə Mübarizə Günü - Qazanılmış İmmun Çatışmazlığı Sindromu elan edib.
2020-ci ildə Laçın rayonu Ermənistan tərəfindən Azərbaycana qaytarılıb. Bu, Azərbaycan, Rusiya və Ermənistan başçılarının Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı 2020-ci il noyabrın 10-da dərc olunmuş bəyanatına uyğun olaraq həyata keçirilib.
2022-ci ildə Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha dörd element YUNESKO-nun siyahısına daxil edilib. Bu, pəhləvanlıq mədəniyyətidir: bura Zorxananın ənənəvi oyunlar, idmanı və güləşi; Molla Nəsrəddin haqqında ənənəvi hekayələr və lətifələr; çay mədəniyyəti, qonaqpərvərlik və sosial qarşılıqlı əlaqənin simvolu kimi; ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı daxildir.
Bu, pəhləvanlıq mədəniyyətidir: ənənəvi oyunlar, idman və zorxan mübarizəsi; Molla Nasreddin haqqında ənənəvi hekayələr və fıkralar; çay mədəniyyəti kimlik, qonaqpərvərlik və sosial qarşılıqlı əlaqənin simvolu kimi; ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0