https://sputnik.az/20231120/boks-uzre-azerbaycan-yigmasi-avropa-cempionatinda-rekord-netice-gosterib-460721402.html
Boks üzrə Azərbaycan yığması Avropa çempionatında rekord nəticə göstərib
Boks üzrə Azərbaycan yığması Avropa çempionatında rekord nəticə göstərib
U-22 Avropa çempionatı həm də qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. 20.11.2023, Sputnik Azərbaycan
2023-11-20T16:24+0400
2023-11-20T16:24+0400
2023-11-20T16:24+0400
boks
idman
medal
qızıl
gümüş
bürünc
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/14/460721237_0:0:924:520_1920x0_80_0_0_49172c305add8494a58b7be0bd268b1e.jpg
BAKI, 20 noyabr — Sputnik. Azərbaycan milli komandası 22 yaşadək boksçular arasında Avropa çempionatında medal sayında yeni rekord vurub. Federasiyadan verilən məlumata görə, yığma bu nailiyyətə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində imza atıb. Komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə 5 medal isə qitə çempionatında yeni rekorddur. Bu yaş qrupunda Nicat Hüseynov (51 kiloqram) ikiqat Avropa çempionu tituluna da yiyələnib. Onadək 2012-ci ildə Elvin İsayev (60 kiloqram), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kiloqram) qitə birinciliyinin qızıl medalına sahib olub. U-22 Avropa çempionatı həm də qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva (50 kiloqram) 3-cü olmaqla, adını Azərbaycanın boks tarixinə yazdırıb. Qeyd edək ki, Avropa çempionatında Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/14/460721237_0:0:840:630_1920x0_80_0_0_34ebd7296b6cf49fc82f2449e1ab4e9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
boks, medal, qızıl, gümüş, bürünc
boks, medal, qızıl, gümüş, bürünc
Boks üzrə Azərbaycan yığması Avropa çempionatında rekord nəticə göstərib
U-22 Avropa çempionatı həm də qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub.
BAKI, 20 noyabr — Sputnik. Azərbaycan milli komandası 22 yaşadək boksçular arasında Avropa çempionatında medal sayında yeni rekord vurub.
Federasiyadan verilən məlumata görə, yığma bu nailiyyətə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində imza atıb.
Komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə 5 medal isə qitə çempionatında yeni rekorddur.
Bu yaş qrupunda Nicat Hüseynov (51 kiloqram) ikiqat Avropa çempionu tituluna da yiyələnib. Onadək 2012-ci ildə Elvin İsayev (60 kiloqram), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kiloqram) qitə birinciliyinin qızıl medalına sahib olub.
U-22 Avropa çempionatı həm də qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva (50 kiloqram) 3-cü olmaqla, adını Azərbaycanın boks tarixinə yazdırıb.
Qeyd edək ki, Avropa çempionatında Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.