https://sputnik.az/20231119/abs-ukraynada-ateskesle-bagli-rusiya-ile-danisiqlara-baslamalidir-460671419.html
ABŞ Ukraynada atəşkəslə bağlı Rusiya ilə danışıqlara başlamalıdır
ABŞ Ukraynada atəşkəslə bağlı Rusiya ilə danışıqlara başlamalıdır
Sputnik Azərbaycan
“Foreign Affairs” yazıb ki, Kiyev öz xarici siyasət kursuna yenidən nəzər yetirməlidir. 19.11.2023, Sputnik Azərbaycan
2023-11-19T08:47+0400
2023-11-19T08:47+0400
2023-11-19T08:47+0400
abş
dünya xəbərləri
ukrayna
putin
vladimir putin
rusiya prezidenti vladimir putin
rusiya
abş
https://cdnn1.img.sputnik.az/img/42429/77/424297790_0:96:3037:1804_1920x0_80_0_0_74f55afdd9285f98c3f78fc7a92faf77.jpg
BAKI, 19 noyabr - Sputnik. ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlara başlamalıdır. Bu barədə Rusiya mediası ABŞ-ın “Foreign Affairs” jurnalına istinadən xəbər verib. “ABŞ Ukrayna və onun avropalı tərəfdaşları ilə Kiyevin Rusiya ilə atəşkəslə bağlı danışıqlara hazır olmasına əsaslanan strategiya üzrə məsləhətləşmələrə başlamalıdır”, - deyə məqalə müəllifləri qeyd edirlər. Qeyd olunur ki, bununla paralel olaraq Ukrayna Silahlı Qüvvələrinin (USQ) komandanlığı hücum cəhdlərini dayandırmalı və müdafiəyə keçməlidir. Eyni zamanda, Ukrayna hakimiyyəti ölkənin Kiyevin nəzarətində olan hissəsinin qorunub saxlanılmasına və bərpasına diqqət yetirməlidir. Müəlliflər vurğulayırlar ki, Kiyev rejimi və onun qərbli müttəfiqlərinin Rusiyanın yeni subyektlərini ələ keçirmək kimi ilkin məqsədi əvvəlcə yanlış olub. Onların fikrincə, Ukrayna Silahlı Qüvvələrinin belə bir əməliyyat üçün kifayət qədər resursu olmayıb və Kiyev öz xarici siyasət kursunu yenidən nəzərdən keçirməlidir. Bu yaxınlarda ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami də qeyd rdib ki, Vaşinqton Ukraynadakı münaqişəni tez bir zamanda həll etmək üçün Rusiyanın yeni ərazilərini tanımalıdır. Öz növbəsində, sabiq amerikalı kəşfiyyatçı Skott Ritter, münaqişənin davam etməsi ilə Kiyevin Odessa da daxil olmaqla daha çox ərazini itirmək riski ilə üzləşdiyini xəbərdar etdi. Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Qərbin Rusiyaya qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42429/77/424297790_2:0:2731:2047_1920x0_80_0_0_c30f11de39a62d27d9a937e10e3132a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, ukrayna, putin, vladimir putin, rusiya prezidenti vladimir putin, rusiya, abş
abş, ukrayna, putin, vladimir putin, rusiya prezidenti vladimir putin, rusiya, abş
ABŞ Ukraynada atəşkəslə bağlı Rusiya ilə danışıqlara başlamalıdır
“Foreign Affairs” yazıb ki, Kiyev öz xarici siyasət kursuna yenidən nəzər yetirməlidir.
BAKI, 19 noyabr - Sputnik. ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlara başlamalıdır.
Bu barədə Rusiya mediası ABŞ-ın “Foreign Affairs” jurnalına istinadən xəbər verib.
“ABŞ Ukrayna və onun avropalı tərəfdaşları ilə Kiyevin Rusiya ilə atəşkəslə bağlı danışıqlara hazır olmasına əsaslanan strategiya üzrə məsləhətləşmələrə başlamalıdır”, - deyə məqalə müəllifləri qeyd edirlər.
Qeyd olunur ki, bununla paralel olaraq Ukrayna Silahlı Qüvvələrinin (USQ) komandanlığı hücum cəhdlərini dayandırmalı və müdafiəyə keçməlidir. Eyni zamanda, Ukrayna hakimiyyəti ölkənin Kiyevin nəzarətində olan hissəsinin qorunub saxlanılmasına və bərpasına diqqət yetirməlidir.
Müəlliflər vurğulayırlar ki, Kiyev rejimi və onun qərbli müttəfiqlərinin Rusiyanın yeni subyektlərini ələ keçirmək kimi ilkin məqsədi əvvəlcə yanlış olub. Onların fikrincə, Ukrayna Silahlı Qüvvələrinin belə bir əməliyyat üçün kifayət qədər resursu olmayıb və Kiyev öz xarici siyasət kursunu yenidən nəzərdən keçirməlidir.
Bu yaxınlarda ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami də qeyd rdib ki, Vaşinqton Ukraynadakı münaqişəni tez bir zamanda həll etmək üçün Rusiyanın yeni ərazilərini tanımalıdır.
Öz növbəsində, sabiq amerikalı kəşfiyyatçı Skott Ritter, münaqişənin davam etməsi ilə Kiyevin Odessa da daxil olmaqla daha çox ərazini itirmək riski ilə üzləşdiyini xəbərdar etdi.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Qərbin Rusiyaya qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.