Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Mirzoyan: "Sülh sazişinə dair təkliflər mübadiləsinin altıncı raundu keçirilir"

© AFP 2024 / ATTA KENAREArarat Mirzoyan
Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Ermənistan xarici işlər naziri bildirib ki, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir.
BAKI, 3 noyabr — Sputnik. "Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına təkliflər mübadiləsinin altıncı raundu keçirilir".
Bunu bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın iclasında deyib.
Onun sözlərinə görə, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir.
A.Mirzoyan vurğulayıb ki, bu sazişinin birinci prinsipi ərazi bütövlüyünün iki ölkə tərəfindən qarşılıqlı tanınması ilə bağlıdır: "İkinci prinsip sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədardır. Bu proses sovet dövrünün ən son və legitim xəritələri əsasında aparılmalıdır. Üçüncü prinsip isə regional nəqliyyat kommunikasiyaların açılması ilə bağlıdır".
Xəbər lenti
0