Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nebenzya: İsrailin işğalçı ölkə kimi özünü müdafiə etmək hüququ yoxdur

© Sputnik / Александр ЩербакVasili Nebenzya
Vasili Nebenzya - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
Eyni zamanda diplomat Rusiyanın İsrailin öz təhlükəsizliyini təmin etmək hüququna haqq verdiyini, lakin dinc əhaliyə qarşı deyil, terrorçulara qarşı mübarizə aparmağa çağırdığını vurğulayıb.
BAKI, 2 noyabr — Sputnik. Fələstin-İsrail münaqişəsində özünümüdafiə hüququ İsrailə şamil edilmir, çünki o, 2004-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə təsdiqlənən işğalçı dövlətdir.
Bunu Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vasili Nebenzya 10-cu fövqəladə xüsusi sessiya zamanı deyib.

"Mən digər situasiyalarda humanitar qanunlara hörmət etməyə çağıran, təhqiqat komissiyaları yaradan, illərdir davam edən zorakılığı dayandırmaq üçün son çarə kimi gücdən istifadə edənlərə qarşı sanksiyalar tətbiq edən ABŞ və onun müttəfiqlərinin ikiüzlülüyünə göz yuma bilmərəm", - deyə Nebenzya bildirib.

Onun sözlərinə görə, bu gün ABŞ Qəzzadakı dağıntılara və zolaqdakı mülki obyektlərə, o cümlədən xəstəxanalara edilən zərbələrə, minlərlə uşağın ölümünə məhəl qoymur.
Rusiyanın daimi nümayəndəsi əlavə edib ki, ABŞ və onun müttəfiqlərinin edə biləcəyi hər şey "İsrailin guya özünümüdafiə hüququndan təkrar danışmaqdır, baxmayaraq ki, işğalçı dövlət kimi onun belə bir hüququ yoxdur, bu da Beynəlxalq Ədalət Məhkəməsinin 2004-cü ildə verdiyi məsləhət rəyi ilə təsdiqlənib.
Eyni zamanda Nebenzya vurğulayıb ki, Rusiya İsrailin öz təhlükəsizliyini təmin etmək hüququna haqq verir.

"Buna tam təminat yalnız Fələstin probleminin BMT Təhlükəsizlik Şurasının tanınmış qətnamələri əsasında ədalətli həlli yolu ilə veriləcəyi təqdirdə verilə bilər", - deyə o, qeyd edib.

Diplomat əlavə edib ki, Rusiya İsrailin terrorla mübarizə hüququnu inkar etmir, lakin onu dinc əhali ilə deyil, terrorçularla mübarizə aparmağa çağırır.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından misli görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Daha sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə girərək yüzlərlə dinc sakini öldürüb və 200-dən çox insanı girov götürüblər.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşmış əraziləri nəzarətə götürüb və zolaqdakı hədəflərə, o cümlədən mülki obyektlərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 8,7 mini keçib, 22 mindən çox yaralı var. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, bombardman nəticəsində ölənlərin 73%-i uşaqlar, qocalar və qadınlardır. Yerli hakimiyyətin məlumatına görə, İsraildə 1,3 mindən çox insan həlak olub. Müxtəlif mənbələrə görə, təxminən 150 israilli HƏMAS-ın əsirliyində ola bilər. Hərəkatın özü Qəzza zolağında 200-250 nəfərə yaxın əsirin olduğunu bildirib.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0