SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hakan Fidan onlarla Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

© AFP 2024 / ADEM ALTANHakan Fidan, arxiv şəkli
Hakan Fidan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Fidan Qəzzada baş verən hadisələrə dair mülki əhalini hədəf alan hücumların qəbuledilməz və dərhal dayandırılmalı olduğunu vurğulayıb.
BAKI, 30 oktyabr — Sputnik. Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Aİ nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrutu və Avropa İttifaqına üzv ölkələrin Türkiyədəki səfirlərini qəbul edib.
Bu barədə Türkiyə XİN-dəki diplomatik mənbə bildirib.
Qeyd olunub ki, görüş zamanı Cənubi Qafqaz, Orta Asiya və Ukraynadakı müharibə kimi aktual məsələlər də gündəmə gətirilib.
Bundan əlavə, tərəflər İsrail-Fələstin münaqişəsini də müzakirə ediblər.
H. Fidan Qəzzada baş verən hadisələrə dair mülki əhalini hədəf alan hücumların qəbuledilməz və dərhal dayandırılmalı olduğunu vurğulayıb.
O, münaqişənin regional səviyyəyə çatmasının qarşısının alınmasının da lazım olduğunu əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0