https://sputnik.az/20231027/neft-yaxin-serqde-munaqisenin-yayilmasi-qorxusu-ile-bahalasir-460001244.html
Neft Yaxın Şərqdə münaqişənin yayılması qorxusu ilə bahalaşır
Neft Yaxın Şərqdə münaqişənin yayılması qorxusu ilə bahalaşır
Sputnik Azərbaycan
Daha geniş müharibə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanından və Körfəzdəki digər ölkələrdən də daşınmalara təsir göstərə bilər. 27.10.2023, Sputnik Azərbaycan
2023-10-27T11:02+0400
2023-10-27T11:02+0400
2023-10-27T11:02+0400
neft-qaz
neft
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_0:172:3030:1876_1920x0_80_0_0_fa3a4f36e15fdb6f6d2ec061a32976b1.jpg
BAKI, 27 oktyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb. Yaxın Şərqdə münaqişənin genişlənəcəyi ilə bağlı narahatlıq artdığı üçün neft qiymətləri bu gün 1 dollardan çox artıb. "Brent" markalı neft 1,16 dollar və ya 1,3% artaraq 89,09 dollar, ABŞ-nin Qərbi Texas nefti 1,08 dollar və ya 1,3% artaraq 84,29 dollar olub. "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,52% artaraq 92,87 ABŞ dolları təşkil edib. Daha geniş müharibə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanından və Körfəzdəki digər ölkələrdən də daşınmalara təsir göstərə bilər. ABŞ-nin "Goldman Sachs" bankının analitikləri 2024-cü ilin birinci rübü üçün "Brent" markalı neftin qiymət proqnozunu bir barel üçün 95 dollar səviyyəsində saxlayıb. Analitiklər bildiriblər ki, Səudiyyə Ərəbistanı və Rusiyanın ilin sonuna qədər davam edəcək könüllü tədarük ixtisarı qiymətləri dəstəkləyir. Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_150:0:2881:2048_1920x0_80_0_0_76dd9afbb44d953ec9742fc7a9380180.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, azeri light markalı neft
neft, azeri light markalı neft
Neft Yaxın Şərqdə münaqişənin yayılması qorxusu ilə bahalaşır
Daha geniş müharibə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanından və Körfəzdəki digər ölkələrdən də daşınmalara təsir göstərə bilər.
BAKI, 27 oktyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb. Yaxın Şərqdə münaqişənin genişlənəcəyi ilə bağlı narahatlıq artdığı üçün neft qiymətləri bu gün 1 dollardan çox artıb.
"Brent" markalı neft 1,16 dollar və ya 1,3% artaraq 89,09 dollar, ABŞ-nin Qərbi Texas nefti 1,08 dollar və ya 1,3% artaraq 84,29 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,52% artaraq 92,87 ABŞ dolları təşkil edib.
Daha geniş müharibə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanından və Körfəzdəki digər ölkələrdən də daşınmalara təsir göstərə bilər.
ABŞ-nin "Goldman Sachs" bankının analitikləri 2024-cü ilin birinci rübü üçün "Brent" markalı neftin qiymət proqnozunu bir barel üçün 95 dollar səviyyəsində saxlayıb.
Analitiklər bildiriblər ki, Səudiyyə Ərəbistanı və Rusiyanın ilin sonuna qədər davam edəcək könüllü tədarük ixtisarı qiymətləri dəstəkləyir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.