https://sputnik.az/20231026/misustin-mdb-a-elaqesinin-guclendirilmesi-prioritetdir-459984145.html
Mişustin: MDB-Aİİ əlaqəsinin gücləndirilməsi prioritetdir
Mişustin: MDB-Aİİ əlaqəsinin gücləndirilməsi prioritetdir
Sputnik Azərbaycan
Aİİ-də təsdiq edilmiş elektrik enerjisinin qarşılıqlı ticarəti qaydaları enerji sənayesində inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm addım olacaq. 26.10.2023, Sputnik Azərbaycan
2023-10-26T17:26+0400
2023-10-26T17:26+0400
2023-10-26T17:26+0400
mixail mişustin
rusiya
aii
mdb
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427813290_0:0:2919:1643_1920x0_80_0_0_40f2e39610c2161671c785bcbb6a9304.jpg
BAKI, 26 oktyabr — Sputnik. MDB və Aİİ arasında əlaqələrin gücləndirilməsi mütləq prioritetdir. Bu, regionun xarici çağırışlara müqavimətini artıracaq və ölkələrin potensialını günişləndirəcək. Bunu Rusiyanın baş naziri Mixail Mişustin Bişkekdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib. "Biz Müstəqil Dövlətlər Birliyi ilə Avrasiya İqtisadi İttifaqı arasında əlaqəni gücləndirməyi mütləq prioritet hesab edirik. Bu, regionun xarici çağırışlara davamlılığını artıracaq və ölkələrimizin iqtisadi, ticarət və investisiya potensialını açacaq", - Mişustin bildirib. O qeyd edib ki, MDB və Aİİ-dən olan həmkarları ilə görüşdə iştirakçılar dərin geosiyasi transformasiyalar dövründə regionun inkişafı məsələlərini müzakirə edəcək, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət təcrübəsi mübadiləsi aparacaqlar. Mişustinin sözlərinə görə, Aİİ ölkələri 2024-cü ilə kimi sənaye əməkdaşlığı layihələrini dəstəkləmək mexanizmini işə salmalıdır. "İqtisadiyyatın əsas sektorlarında texnoloji suverenliyin və ümumi sənaye bazasının gücləndirilməsinin davam etdirilməsi vacibdir. Yazda "Beşliyin" liderləri müttəfiqlik sazişinə sənaye əməkdaşlığının dəstəklənməsi üçün fövqəlmilli mexanizmi nəzərdə tutan dəyişiklikləri qəbul etdilər. Gələn ildən bu cür layihələrə subsidiyaların verilməsinə başlamaq lazımdır", - Mişustin bildirib. O, həmçinin qeyd edib ki, Aİİ-də təsdiq edilmiş elektrik enerjisinin qarşılıqlı ticarəti qaydaları enerji sənayesində inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm addım olacaq. "Biz ümumi enerji bazarlarının yaradılmasını vacib istiqamət hesab edirik. Bu gün biz elektrik enerjisinin qarşılıqlı ticarəti qaydalarını təsdiq edirik. Həmçinin, İttifaq üzvlərinin müvafiq infrastrukturunun imkanlarının müəyyən edilməsi və bölüşdürülməsi ilə bağlı sənədi təsdiq edirik. Bu, enerji sənayesində inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən ddımdır. Ayrıca, İttifaqın davamlı inkişafı məqsədlərinə nail olmaq üçün "dinc atom"dan istifadənin genişləndirilməsi üzərində işləmək lazımdır", - Mişustin bildirib. O, həmçinin əlavə edib ki, Aİİ ölkələri prioritet istiqamətlər üzrə elmi tədqiqatların praktiki əlaqələndirilməsinə keçməli və əldə edilən nəticələrin kommersiyalaşdırılmasını təmin etməlidir. "Bizim fikrimizcə, öz qabaqcıl həllərimizi tez bir zamanda həyata keçirmək üçün əlavə tədbirlər tələb olunur. Biz prioritet istiqamətlər üzrə elmi tədqiqatların praktiki əlaqələndirilməsinə keçməli və əldə edilmiş nəticələrin kommersiyalaşdırılmasını təmin etməliyik", - Mişustin bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427813290_0:0:2731:2048_1920x0_80_0_0_33d38a19e210af1474748edeeb2c0ae1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mixail mişustin, aii, mdb
mixail mişustin, aii, mdb
Mişustin: MDB-Aİİ əlaqəsinin gücləndirilməsi prioritetdir
Aİİ-də təsdiq edilmiş elektrik enerjisinin qarşılıqlı ticarəti qaydaları enerji sənayesində inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm addım olacaq.
BAKI, 26 oktyabr — Sputnik. MDB və Aİİ arasında əlaqələrin gücləndirilməsi mütləq prioritetdir. Bu, regionun xarici çağırışlara müqavimətini artıracaq və ölkələrin potensialını günişləndirəcək. Bunu Rusiyanın baş naziri Mixail Mişustin Bişkekdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.
"Biz Müstəqil Dövlətlər Birliyi ilə Avrasiya İqtisadi İttifaqı arasında əlaqəni gücləndirməyi mütləq prioritet hesab edirik. Bu, regionun xarici çağırışlara davamlılığını artıracaq və ölkələrimizin iqtisadi, ticarət və investisiya potensialını açacaq", - Mişustin bildirib.
O qeyd edib ki, MDB və Aİİ-dən olan həmkarları ilə görüşdə iştirakçılar dərin geosiyasi transformasiyalar dövründə regionun inkişafı məsələlərini müzakirə edəcək, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət təcrübəsi mübadiləsi aparacaqlar.
Mişustinin sözlərinə görə, Aİİ ölkələri 2024-cü ilə kimi sənaye əməkdaşlığı layihələrini dəstəkləmək mexanizmini işə salmalıdır.
"İqtisadiyyatın əsas sektorlarında texnoloji suverenliyin və ümumi sənaye bazasının gücləndirilməsinin davam etdirilməsi vacibdir. Yazda "Beşliyin" liderləri müttəfiqlik sazişinə sənaye əməkdaşlığının dəstəklənməsi üçün fövqəlmilli mexanizmi nəzərdə tutan dəyişiklikləri qəbul etdilər. Gələn ildən bu cür layihələrə subsidiyaların verilməsinə başlamaq lazımdır", - Mişustin bildirib.
O, həmçinin qeyd edib ki, Aİİ-də təsdiq edilmiş elektrik enerjisinin qarşılıqlı ticarəti qaydaları enerji sənayesində inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm addım olacaq.
"Biz ümumi enerji bazarlarının yaradılmasını vacib istiqamət hesab edirik. Bu gün biz elektrik enerjisinin qarşılıqlı ticarəti qaydalarını təsdiq edirik. Həmçinin, İttifaq üzvlərinin müvafiq infrastrukturunun imkanlarının müəyyən edilməsi və bölüşdürülməsi ilə bağlı sənədi təsdiq edirik. Bu, enerji sənayesində inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən ddımdır. Ayrıca, İttifaqın davamlı inkişafı məqsədlərinə nail olmaq üçün "dinc atom"dan istifadənin genişləndirilməsi üzərində işləmək lazımdır", - Mişustin bildirib.
O, həmçinin əlavə edib ki, Aİİ ölkələri prioritet istiqamətlər üzrə elmi tədqiqatların praktiki əlaqələndirilməsinə keçməli və əldə edilən nəticələrin kommersiyalaşdırılmasını təmin etməlidir.
"Bizim fikrimizcə, öz qabaqcıl həllərimizi tez bir zamanda həyata keçirmək üçün əlavə tədbirlər tələb olunur. Biz prioritet istiqamətlər üzrə elmi tədqiqatların praktiki əlaqələndirilməsinə keçməli və əldə edilmiş nəticələrin kommersiyalaşdırılmasını təmin etməliyik", - Mişustin bildirib.