https://sputnik.az/20231022/fransa-dayanmadan-ermenistani-silahlandirir-459827425.html
Fransa dayanmadan Ermənistanı silahlandırır
Fransa dayanmadan Ermənistanı silahlandırır
Sputnik Azərbaycan
Fransa XXI əsrdə belə, müstəmləkəçilik təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan əl çəkə bilmir. 22.10.2023, Sputnik Azərbaycan
2023-10-22T10:55+0400
2023-10-22T10:55+0400
2023-10-22T11:17+0400
siyasət
fransa
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459180409_0:160:3072:1888_1920x0_80_0_0_14fa49facbb644507128f089fa663f8a.jpg
BAKI, 22 oktyabr - Sputnik. Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir.Bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.İcma hesab edir ki, Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur: “Bundan başqa, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir.Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə hec cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir”.Qeyd edilir ki, bu ölkə XXI əsrdə belə, müstəmləkəçilik təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan hələ də əl çəkə bilmir:“Əminik ki, Fransa “vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırması siyasətində də uğursuzluğa düçar olacaq. Cənubi Qafqaz regionu Fransasız daha gözəl görünür”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459180409_171:0:2902:2048_1920x0_80_0_0_f869cb5c48b5714af3cf7622d75e335a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, ermənistan
Fransa dayanmadan Ermənistanı silahlandırır
10:55 22.10.2023 (Yenilənib: 11:17 22.10.2023) Fransa XXI əsrdə belə, müstəmləkəçilik təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan əl çəkə bilmir.
BAKI, 22 oktyabr - Sputnik. Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir.
Bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
İcma hesab edir ki, Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur: “Bundan başqa, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir.
Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə hec cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir”.
Qeyd edilir ki, bu ölkə XXI əsrdə belə, müstəmləkəçilik təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan hələ də əl çəkə bilmir:
“Əminik ki, Fransa “vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırması siyasətində də uğursuzluğa düçar olacaq. Cənubi Qafqaz regionu Fransasız daha gözəl görünür”.