Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynaya verilən ATACMS raketləri Rusiya zirehli texnikalarını məhv edə bilməyəcək

© AP Photo / LIBKOSUkrayna hərbçiləri
Ukrayna hərbçiləri - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Ukrayna Silahlı Qüvvələri istifadə müddəti başa çatmaq üzrə olan ATACMS raketlərinin ilk versiyaları ilə təchiz edilib.
BAKI, 20 oktyabr — Sputnik. Ukrayna Silahlı Qüvvələrinə (USQ) tədarük edilən ABŞ-ın ATACMS taktiki raketləri Rusiya tanklarını və bəzi digər texnika növlərini məhv edə bilməyəcək.
Bunu jurnalist Devid Eks "Forbes" jurnalı üçün yazdığı məqalədə qeyd edib.
"ATACMS raketlərinin edə bilmədiyi çox şey var. Onlardan biri də zirehli döyüş maşınlarının məhv edə bilməməsidir", - deyə ekspert öz məqaləsində yazıb.
O, Ukrayna Silahlı Qüvvələrinə təhvil verilən raket modifikasiyasının döyüş başlığında "çox uğurlu zərbə" olmadan zirehli texnikanı məhv etmək üçün kifayət qədər gücə malik olmayan sursatın içində minə yaxın əlavə kiçik kaset bombaların olduğunu bildirib.
Ekspertin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri istifadə müddəti başa çatmaq üzrə olan ATACMS raketlərinin ilk versiyaları ilə təchiz edilib.
Oktyabrın 18-də Zaporojye vilayətinin Berdyansk şəhəri ərazisində ATACMS raketlərinin fraqmentləri, həmçinin bu sinif raketlərin ilk modifikasiyaları ilə təchiz olunmuş partlamayan sursatın içində olan əlavə kiçik kaset bombaları aşkar edilib. Daha sonra Ukrayna Prezidenti Vladimir Zelenski USQ-nin Vaşinqtondan ATACMS raketlərinin partiyasını aldığını və artıq Berdyanska onlardan istifadə etdiyini təsdiqləyib.
Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, ATACMS döyüş meydanında vəziyyəti kökündən dəyişdirmək iqtidarında deyil, çünki Rusiya qoşunları bu sinif raketlərin hücumlarını effektiv şəkildə dəf edə biləcəklər.
Xəbər lenti
0