https://sputnik.az/20231019/turkiye-qezzada-veziyyeti-nizama-salmaq-ucun-rusiya-ile-temasdadir-459744612.html
Türkiyə Qəzzada vəziyyəti nizama salmaq üçün Rusiya ilə təmasdadır
Türkiyə Qəzzada vəziyyəti nizama salmaq üçün Rusiya ilə təmasdadır
Sputnik Azərbaycan
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl bildirmişdi ki, Ankara İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Fələstin və İsrail arasındakı münaqişənin qarant... 19.10.2023, Sputnik Azərbaycan
2023-10-19T12:07+0400
2023-10-19T12:07+0400
2023-10-19T12:07+0400
qəzza
dünya xəbərləri
hakan fidan
israil
fələstin
türkiyə
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459500143_0:160:3072:1888_1920x0_80_0_0_fd971b3de7e95759a0a54087841fb45d.jpg
BAKI, 19 oktyabr — Sputnik. Türkiyə hakimiyyəti İsrail və Fələstin arasındakı münaqişənin diplomatiya yolu ilə həlli üçün fəal səylər göstərir. Türkiyə siyasi dairələrindəki mənbənin TASS-a verdiyi məlumata görə, bu məsələ ilə bağlı, o Rusiya ilə təmaslar aparılır. "Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün qarant ölkələr sisteminin yaradılması təşəbbüsü ilə çıxış edib, Qəzza sakinlərinə humanitar yardım göndərilib. Türkiyə Qəzzadakı böhranın diplomatik həllində fəal iştirak edir, Rusiya da daxil olmaqla, müxtəlif ölkələrlə məsələnin həllini müzakirə edir. Eyni zamanda ölkənin münaqişəyə müdaxilə etmək planları barədə yayılan xəbərləri uydurmadır", - o bildirib. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl bildirmişdi ki, Ankara İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Fələstin və İsrail arasındakı münaqişənin qarant ölkələr sistemi əsasında həllində iştirak ideyasını nəzərdən keçirməyi təklif edir. Türkiyə daha əvvəl Fələstinə 3 təyyarə humanitar yardım göndərib. Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca Misirin Səhiyyə Naziri Xalid Abdel Qaffar ilə telefon danışığında Ankaranın bölgəyə üzən xəstəxana göndərməyə, lazım gələrsə səhra xəstəxanası yaratmağa hazır olduğunu açıqlayıb. Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb. Qəzza zolağında qurbanların sayı 3 minə yaxındır, həlak olan İsrail sakinlərinin sayı isə mini keçib, bir neçə min israilli və fələstinli yaralanıb. Müxtəlif mənbələrə görə, HƏMAS 150-yə yaxın israillini əsir saxlaya bilər. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459500143_171:0:2902:2048_1920x0_80_0_0_30398c0faa902b0a307193d270bed48f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qəzza, hakan fidan, israil, fələstin, türkiyə, rusiya
qəzza, hakan fidan, israil, fələstin, türkiyə, rusiya
Türkiyə Qəzzada vəziyyəti nizama salmaq üçün Rusiya ilə təmasdadır
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl bildirmişdi ki, Ankara İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Fələstin və İsrail arasındakı münaqişənin qarant ölkələr sistemi əsasında həllində iştirak ideyasını nəzərdən keçirməyi təklif edir.
BAKI, 19 oktyabr — Sputnik. Türkiyə hakimiyyəti İsrail və Fələstin arasındakı münaqişənin diplomatiya yolu ilə həlli üçün fəal səylər göstərir. Türkiyə siyasi dairələrindəki mənbənin TASS-a verdiyi məlumata görə, bu məsələ ilə bağlı, o Rusiya ilə təmaslar aparılır.
"Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün qarant ölkələr sisteminin yaradılması təşəbbüsü ilə çıxış edib, Qəzza sakinlərinə humanitar yardım göndərilib. Türkiyə Qəzzadakı böhranın diplomatik həllində fəal iştirak edir, Rusiya da daxil olmaqla, müxtəlif ölkələrlə məsələnin həllini müzakirə edir. Eyni zamanda ölkənin münaqişəyə müdaxilə etmək planları barədə yayılan xəbərləri uydurmadır", - o bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri daha əvvəl bildirmişdi ki, Ankara İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Fələstin və İsrail arasındakı münaqişənin qarant ölkələr sistemi əsasında həllində iştirak ideyasını nəzərdən keçirməyi təklif edir.
Türkiyə daha əvvəl Fələstinə 3 təyyarə humanitar yardım göndərib. Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca Misirin Səhiyyə Naziri Xalid Abdel Qaffar ilə telefon danışığında Ankaranın bölgəyə üzən xəstəxana göndərməyə, lazım gələrsə səhra xəstəxanası yaratmağa hazır olduğunu açıqlayıb.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 3 minə yaxındır, həlak olan İsrail sakinlərinin sayı isə mini keçib, bir neçə min israilli və fələstinli yaralanıb. Müxtəlif mənbələrə görə, HƏMAS 150-yə yaxın israillini əsir saxlaya bilər.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.