Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Rusiya-Çin qarşılıqlı əlaqələrində enerji sahəsinin önəmindən danışdı

© Sputnik / Виталий БелоусовRusiya və Çin bayraqları
Rusiya və Çin bayraqları - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
Rusiya Prezidentinin məktubunda bildirilib ki, neft-qaz sektorunda və dinc nüvə enerjisi sahəsində böyük ikitərəfli layihələr ardıcıl olaraq həyata keçirilir.
BAKI, 19 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin enerji sahəsində əməkdaşlığı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlığın əsas komponentlərindən biri adlandırıb.
"Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələr görünməmiş yüksək səviyyəyə çatıb və dinamik inkişaf etməkdə davam edir. Bu əlaqələrin əsas komponentlərindən biri getdikcə fəallaşan və çoxşaxəli xarakter alan enerji əməkdaşlığıdır. Putin V Rusiya-Çin Enerji Biznes Forumunun təşkilatçılarına və qonaqlarına təbrikində bildirib.
Putin ikitərəfli enerji əməkdaşlığının əsas istiqamətlərini açıqlayıb.
"Neft-qaz sektorunda və dinc nüvə enerjisi sahəsində böyük ikitərəfli layihələr ardıcıl olaraq həyata keçirilir. Buna uyğun olaraq Rusiyanın enerji resurslarının Çin istehlakçılarına tədarük həcmi artır. Texnoloji innovasiyaların birgə inkişafı, xammalın çıxarılması, emalı və daşınması proseslərinin səmərəliliyi, habelə onların ekoloji təhlükəsizliyinin təmin edilməsi davam etdirilir. ", - təbrikdə deyilir.
Xəbər lenti
0