https://sputnik.az/20231018/yaxin-serqde-veziyyetin-daha-da-gerginlesmesi-nefti-iki-faiz-bahalasdirib-459706307.html
Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi nefti iki faiz bahalaşdırıb
Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi nefti iki faiz bahalaşdırıb
Sputnik Azərbaycan
Ötən həftə dünya bazarlarında neft qiymətləri təxminən 6% bahalaşıb. "Brent" markalı neft fevraldan bəri ən yüksək həftəlik qazancını əldə edib. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T11:45+0400
2023-10-18T11:45+0400
2023-10-18T11:46+0400
neft
neft-qaz
qiymət
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240027_0:160:3072:1888_1920x0_80_0_0_7fb367d992326aac617c196a83404f9a.jpg
BAKI, 18 oktyabr — Sputnik. Qəzza zolağında xəstəxanaya edilən hücumda yüzlərlə insanın həlak olmasından sonra Yaxın Şərqdə gərginliyin artması, bölgədən neft tədarükünün mümkün kəsilməsi ilə bağlı narahatlıqlar neft qiymətlərini bahalaşdırıb. "Brent" markalı neft 1,75 dollar və ya 2% bahalaşaraq 91,65 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 1,91 dollar və ya 2,2% artaraq 88,57 dollar olub. "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 1,03 ABŞ dolları, yaxud 1,08% azalaraq 94,28 dollar təşkil edib. Qeyd edək ki, bundan sonra ABŞ Prezidenti Cozef Baydenin iştirakı ilə İordaniyada keçiriləcək dördtərəfli görüş ləğv edilib. İordaniya Fələstin və Misir liderlərinin də qatılacağı zirvə görüşünün baş tutmayacağını açıqlayıb. Bu arada ABŞ-də pərakəndə satışlar sentyabr ayında gözləniləndən daha çox artaraq Federal Ehtiyat Sisteminin ilin sonuna qədər növbəti faiz artımı gözləntilərini gücləndirib. İnflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrinin artırılması iqtisadi artımı ləngidə və neftə tələbi azalda bilər. Əlavə edək ki, ötən həftə dünya bazarlarında neft qiymətləri təxminən 6% bahalaşıb. "Brent" markalı neft fevraldan bəri ən yüksək həftəlik qazancını əldə edib. Çünki investorlar İsrailin Qəzza zolağında quru əməliyyatlarına başlaması ilə Yaxın Şərqdəki münaqişənin genişlənə biləcəyindən narahatdırlar. Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240027_171:0:2902:2048_1920x0_80_0_0_7f50a66cf36d029c1c6f4609e01dc4ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft
neft, qiymət, azeri light markalı neft
Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi nefti iki faiz bahalaşdırıb
11:45 18.10.2023 (Yenilənib: 11:46 18.10.2023) Ötən həftə dünya bazarlarında neft qiymətləri təxminən 6% bahalaşıb. "Brent" markalı neft fevraldan bəri ən yüksək həftəlik qazancını əldə edib.
BAKI, 18 oktyabr — Sputnik. Qəzza zolağında xəstəxanaya edilən hücumda yüzlərlə insanın həlak olmasından sonra Yaxın Şərqdə gərginliyin artması, bölgədən neft tədarükünün mümkün kəsilməsi ilə bağlı narahatlıqlar neft qiymətlərini bahalaşdırıb.
"Brent" markalı neft 1,75 dollar və ya 2% bahalaşaraq 91,65 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 1,91 dollar və ya 2,2% artaraq 88,57 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 1,03 ABŞ dolları, yaxud 1,08% azalaraq 94,28 dollar təşkil edib.
Qeyd edək ki, bundan sonra ABŞ Prezidenti Cozef Baydenin iştirakı ilə İordaniyada keçiriləcək dördtərəfli görüş ləğv edilib. İordaniya Fələstin və Misir liderlərinin də qatılacağı zirvə görüşünün baş tutmayacağını açıqlayıb.
Bu arada ABŞ-də pərakəndə satışlar sentyabr ayında gözləniləndən daha çox artaraq Federal Ehtiyat Sisteminin ilin sonuna qədər növbəti faiz artımı gözləntilərini gücləndirib. İnflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrinin artırılması iqtisadi artımı ləngidə və neftə tələbi azalda bilər.
Əlavə edək ki, ötən həftə dünya bazarlarında neft qiymətləri təxminən 6% bahalaşıb. "Brent" markalı neft fevraldan bəri ən yüksək həftəlik qazancını əldə edib. Çünki investorlar İsrailin Qəzza zolağında quru əməliyyatlarına başlaması ilə Yaxın Şərqdəki münaqişənin genişlənə biləcəyindən narahatdırlar.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.