Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İsraildən 72 Azərbaycan vətəndaşı Bakıya yola salınıb

© AFP 2024 / JACK GUEZ EL AL
 EL AL  - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Bildirilib ki, Azərbaycan vətəndaşları oktyabrın 12-13-də Mahaçqala, Dubay şəhərləri üzərindən birbaşa reys vasitəsilə yola salınıblar.
BAKI, 13 oktyabr — Sputnik. İsraildən 72 Azərbaycan vətəndaşı Bakıya yola salınıb. Bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, onlar oktyabrın 12-13-də Azərbaycanın İsraildəki Səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində Mahaçqala, Dubay şəhərləri üzərindən birbaşa reys vasitəsilə yola salınıblar.
Eyni zamanda qeyd olunub ki, təyyarədə azərbaycanəsilli İsrail vətəndaşları da var.
Qeyd edək ki, HƏMAS silahlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumu İsrail hakimiyyətinin Qüdsdə Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edir. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, Qəzza, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatda olan hərbçilərin geniş şəkildə səfərbər olunmasına göstəriş verdiyini bildirib. İsrail ordusu Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb. Hazırda İsrail Qəzza zolağında mülki şəxslər də daxil olmaqla hədəflərə aviazərbələr endirilir.
Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.
Oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0