Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiyada bu il taxıl məhsulu 134-135 milyon ton təşkil edə bilər

© Sputnik / Павел БедняковRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Taxıl ixracı üzrə proqnoz ötən il olduğu kimi, ən azı 50-60 milyon ton qiymətləndirilir.
BAKI, 13 oktyabr — Sputnik. Bu il Rusiyada taxıl məhsulu 134-135 milyon ton, ixrac potensialı isə 50-60 milyon ton təşkil edə bilər.
Bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının məhdud çərçivəsində keçirilən iclasında çıxışı zamanı deyib.

"Bu o deməkdir ki, bizim ixrac potensialımız çox böyük olaraq qalır. Rusiya, çox güman ki, buğda ixracında dünyada birinci yeri qoruyub saxlayacaq", - deyə Rusiya lideri bildirib.

Taxıl ixracı üzrə proqnoz ötən il olduğu kimi, ən azı 50-60 milyon ton qiymətləndirilir.
Bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyi taxıl yığımı üzrə qiymətləndirməni 130 milyon tondan 135 milyon tona çatdırıb. Buğda yığımının proqnozu 78 milyon tondan 90 milyon tona çatdırılıb.
2022-ci ildə Rusiya Federasiyası rekord taxıl məhsulu - 157,7 milyon ton taxıl, o cümlədən 104,2 milyon ton buğda məhsulu toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0