DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Makronla İsrail-Fələstin münaqişəsini müzakirə edib

© AP Photo / Lefteris PitarakisƏrdoğan Makron
Ərdoğan Makron - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Dünən Türkiyə Böyük Millət Məclisi İsrail-Fələstin müharibəsi ilə bağlı Bəyanat qəbul edib.
BAKI, 13 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıq zamanı bölgədəki humanitar vəziyyət, sülhün təmin edilməsi istiqamətində görülən işlər və İsrail-Fələstin münaqişələri çərçivəsində atılacaq addımlar müzakirə edilib.
Türkiyə Qəzzaya humanitar yardım göndərib
Qeyd edək ki, Türkiyə Qəzzaya humanitar yardım göndərib. Bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, göndərilən yardım artıq Misirə çatıb, oradan isə Qəzzaya aparılacaq.
Xatırladaq ki, dünən Türkiyə Böyük Millət Məclisi (TBMM) İsrail-Fələstin müharibəsi ilə bağlı Bəyanat qəbul edib.
Türkiyə Böyük Millət Məclisinin sözügedən hadisələrlə bağlı keçirdiyi qapalı iclasının nəticələrinə dair bütün siyasi partiyaların imzaladığı bəyanatda deyilir ki, biz Qəzzada mülki şəxsləri hədəf alındığı bütün hücumları pisləyir, Fələstin və İsraili daimi sülh üçün danışıqlara başlamağa dəvət edirik.
Qeyd olunub ki, TBMM bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə dəvət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0