Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Qırğızıstanın mövqeləri üst-üstə düşür - Putin

© Sputnik / Павел БедняковPutin
Putin - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Abunə olmaq
Rusiya Federasiyasının Prezidenti məhsuldar birgə işə görə Qırğızıstan tərəfinə minnətdarlığını bildirib.
BAKI, 12 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin aktual regional və qlobal məsələlərdə Moskva və Bişkekin mövqelərinin yaxın olduğunu bildirib.

"Bir sıra ən aktual regional və qlobal problemlər üzrə Rusiya və Qırğızıstanın mövqeləri yaxındır və ya üst-üstə düşür", - Rusiya lideri qırğız həmkarı Sadır japarovla danışıqların yekununda deyib.

Putin vurğulayıb ki, Rusiya Federasiyası və Qırğızıstan BMT-də və digər aparıcı beynəlxalq platformalarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) və MDB-də fəaliyyətlərini əlaqələndirirlər.
Rusiya Federasiyasının Prezidenti məhsuldar birgə işə görə Qırğızıstan tərəfinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, səfərin nəticələri Rusiya ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin daha da inkişafına töhfə verəcək və iki dövlətin bütün vətəndaşlarına fayda verəcək.
Putin Qırğızıstana iki günlük səfər üçün bu gün səhər Bişkekə gəlib. Liderlər arasında danışıqlar və ikitərəfli sənədlərin imzalanma mərasimi baş tutub. Prezidentlər Rusiyanın Kantdakı hərbi aviabazasının 20 illiyinə həsr olunmuş qala tədbirində birlikdə iştirak edəcəklərOktyabrın 13-də Putin və japarov MDB ölkələrinin digər liderləri ilə birlikdə Birliyin Dövlət Başçıları Şurasının iclasında iştirak edəcəklər.
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirməyi planlaşdırır. Bu barədə Rusiya Prezidenti "Rusiya enerji həftəsi"nin plenar iclasında deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0