Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BMT Nizamnaməsinin prinsipləri beynəlxalq sülh və sabitliyin açarıdır - Lavrov

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, KTMT-nin ali orqanlarından Şimali Atlantika Alyansına edilən çoxsaylı müraciətlərə məhəl qoyulmayıb.
BAKI, 10 oktyabr — Sputnik. Əgər NATO KTMT-nin əməkdaşlıq təkliflərini rədd etməsəydi, Avropada mövcud təhlükəsizlik böhranının qarşısını almaq olardı. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır" məqaləsində deyilir.
Nazir qeyd edib ki, BMT Nizamnaməsinin VIII fəslinin regional təşkilatların köməyi ilə münaqişələrin sülh yolu ilə həlli təcrübəsinin inkişaf etdirilməsi zərurətinə dair 2-ci maddəsinə uyğun olaraq, Rusiya müttəfiqləri ilə birlikdə ardıcıl olaraq iki tərəf arasında əlaqələrin qurulmasının tərəfdarı olub. Lakin KTMT-nin ali orqanlarından Şimali Atlantika Alyansına edilən çoxsaylı müraciətlərə məhəl qoyulmayıb", - o qeyd edib.
Lavrov vurğulayıb ki, yeni dünya qurmaq deyiləndə söhbət sıfırdan başlamaq, hər şeyin üstündən xətt çəkməkdən getmir. Yeni dünyanın qurulması üçün təməl var və bu, möhkəmdir - bu, BMT Nizamnaməsidir", - deyə o, bildirib.
Xəbər lenti
0