DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Fələstin-İsrail gərginliyinin həllinə müdaxilə edəcək - Qəzet

© AFP 2024 / GABRIEL BOUYSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Nəşr qeyd edir ki, "Türkiyə hazırkı mərhələdə həm İsrail, həm də Fələstinlə əlaqə qura bilən ölkədir".
BAKI, 9 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail gərginliyinin həllinə müdaxilə edəcək. Ankara vasitəçilik mövqeyini itirmək istəmir.
Bu barədə Rusiya mediası Türkiyənin "Hürriyet" qəzetinin yazdığına istinadən xəbər verib.

"Hakan Fidanın (Türkiyə xarici işlər naziri) "məkik diplomatiyası"nın ardınca Prezident Ərdoğanın dövlət başçıları səviyyəsində müdaxiləsi gözlənilir. Türkiyə müharibənin dərinləşməsinin və davam etməsinin qarşısını almaq üçün səy göstərir. Türkiyə region ölkələrinin köməyi ilə atəşkəsə nail olmaq üçün tərəflər üçün məqbul model üzərində işləyir", - nəşr yazır.

Nəşr qeyd edir ki, "Türkiyə hazırkı mərhələdə həm İsrail, həm də Fələstinlə əlaqə qura bilən ölkədir".
"Türkiyə atəşkəs tələb olunduğu zaman müdaxilə edə bilər. Həm Fələstin, həm də İsrail tərəfi bunu tələb edə bilər. Türkiyə bu mövqeyini itirmək istəmir", - qəzet qeyd edir.
Şənbə günü səhər saatlarında İsrail Qəzza zolağından misli görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlıları kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olublar.
Fələstinin HƏMAS terror təşkilatının hücumunun hərbi qanadı şənbə günü İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatının həyata keçiriləcəyini elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini qeyd edib. İsrail hərbçiləri yaşayış məntəqələrini təmizləyirlər.
"Jerusalem Post" qəzeti Fələstin-İsrail münaqişəsinin gərginliyi zamanı İsraildə ölənlərin sayının 300-ü keçdiyini, 1,5 mindən çox insanın isə yaralandığını yazıb. Fələstin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 232-yə çatıb, təxminən 1,7 min nəfər yaralanıb.
"Əl-Qəssam" briqadaları (HƏMAS-ın hərbi qanadı) onlarla İsrail əsgər və zabitini əsir götürdüklərini bildiriblər.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov RİA Novosti-yə bildirib ki, Rusiya İsrail və Fələstini atəşi dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırır.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun illər ərzində regionda gərginlik və toqquşmaların mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarılə iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan edərək, Fələstin ərazilərini tam azad etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0