https://sputnik.az/20231009/azerbaycan-xn-srailden-texliye-meselesi-hele-ki-gundelikde-deyil-459417610.html
Azərbaycan XİN: "İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil"
Azərbaycan XİN: "İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil"
Sputnik Azərbaycan
XİN rəsmisi bildirib ki, vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb. 09.10.2023, Sputnik Azərbaycan
2023-10-09T13:07+0400
2023-10-09T13:07+0400
2023-10-09T13:07+0400
siyasət
səfirlik
israil
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450810982_0:0:850:478_1920x0_80_0_0_b4c9e761d38363c6b919a0ef266a0bc8.jpg
BAKI, 9 oktyabr — Sputnik. "İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Report-a açıqlamasında deyib.O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır:"Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb". XİN sözçüsü deyib ki, İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir". O bildirib ki, hazırda Təl-Əvivdə əhali küçəyə çıxmır:A.Hacızadənin sözlərinə görə, vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450810982_82:0:789:530_1920x0_80_0_0_f34827d50babd27c60a21f2acde05664.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfirlik, israil, azərbaycan
səfirlik, israil, azərbaycan
Azərbaycan XİN: "İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil"
XİN rəsmisi bildirib ki, vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb.
BAKI, 9 oktyabr — Sputnik. "İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Report-a açıqlamasında deyib.
O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır:
"Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb".
XİN sözçüsü deyib ki, İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir".
O bildirib ki, hazırda Təl-Əvivdə əhali küçəyə çıxmır:
"Səfirlik daim vətəndaşlarımızla təmasdadır. İş prosesi davam edir".
A.Hacızadənin sözlərinə görə, vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.