Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ağdamda universitet binası inşa ediləcək

© AFP 2024 / FRED DUFOURTələbələr, arxiv şəkli
Tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Elm və təhsil naziri bildirib ki, azad edilən ərazidə Qarabağ Universitetinin böyük konsepti hazırlanır.
BAKI, 9 oktyabr — Sputnik. "Hazırda azad edilən ərazidə Qarabağ Universitetinin böyük konsepti hazırlanır". Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir Ağdamda universitet binasının inşa ediləcəyini diqqətə çatdırıb: "İstərdik ki, orada tibb sahəsi tədris olunsun. Bu sahədə fəaliyyət istiqamətində əməkdaşlığa hazırıq".
© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Təhsil naziri Emin Əmrullayev
Nazir onu da bildirib ki, tibb sahəsi üzrə proqramların bir qədər də təkmilləşdirilməsinə, eləcə də təcrübə hissəsinin artırılmasına, eyni zamanda tibb təhsili coğrafiyasının genişlənməsinə də ehtiyac var.
Onun sözlərinə görə, bu günədək tibb təhsili sahəsində bir sıra nailiyyətlər əldə edilib:
"Həkimlik ixtisasını seçənlər ən yüksək nəticə göstərənlərdir. Yəni ölkədə istedadlı insanlar tibb təhsilini seçir. Rəqəmsal və texnologiya baxımından əvvəlki illərin həkimi ilə indikilər arasında ciddi fərq olacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0