Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Oktyabrın 6-na olan hava proqnozu açıqlandı

© Sputnik / Murad OrujovBakıya mənzərə, arxiv şəkli
Bakıya mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Oktyabrın 6-da havanın sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
BAKI, 5 oktyabr — Sputnik. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 6-da havanın sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq.
Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, yüksək dağlıq ərzilərdə 5°-dək şaxta, gündüz 8-13° isti olacaq.
Xəbər lenti
0