https://sputnik.az/20230927/resmi-baki-qarabagla-bagli-beynelxalq-musahide-missiyasina-luzum-duymur-459045138.html
Rəsmi Bakı Qarabağla bağlı beynəlxalq müşahidə missiyasına lüzum duymur
Rəsmi Bakı Qarabağla bağlı beynəlxalq müşahidə missiyasına lüzum duymur
Sputnik Azərbaycan
Heç bir müşahidə missiyasına ehtiyac yoxdur, çünki reallıqlar göz qabağındadır, - Hikmət Hacıyev diqqətə çatdırıb. 27.09.2023, Sputnik Azərbaycan
2023-09-27T12:30+0400
2023-09-27T12:30+0400
2023-09-27T12:56+0400
siyasət
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107325_0:320:3072:2048_1920x0_80_0_0_17ef48cf8c5e54e2c41029503cd3fb04.jpg
BAKI, 27 sentyabr — Sputnik. "Rəsmi Bakı Qarabağla bağlı beynəlxalq müşahidə missiyasına lüzum duymur". Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Deutsche Welle"yə müsahibəsində vurğulayıb ki, Azərbaycanın gizlədəcək heç nəyi yoxdur. "Heç bir müşahidə missiyasına ehtiyac yoxdur, çünki reallıqlar göz qabağındadır", - Hikmət Hacıyev diqqətə çatdırıb. O əlavə edib ki, ölkə həmişə Cənubi Qafqazda istənilən geosiyasi rəqabətin əleyhinə olub. Hikmət Hacıyev həmçinin regiona geosiyasi rəqabət prizmasından baxmamağa çağırıb. Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml ABŞ-ın Qarabağla bağlı beynəlxalq müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür. "Biz hələlik burada heç bir konkretlik görmürük. Bundan sonra hər hansı missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər", - o bildirib. D.Peskov əlavə edib ki, Moskva da öz növbəsində həm İrəvan, həm də Bakı ilə əlaqələri davam etdirir. O vurğulayıb ki, Rusiya Federasiyası ABŞ-dan fərqli olaraq de-fakto normallaşma prosesində iştirak edir. "Qarşılıqlı fəaliyyət səviyyəsini və bizim bu qarşılıqlı əlaqədə iştirakımızı amerikalıların iştirakı ilə müqayisə etmək mümkün deyil" , - Kreml nümayəndəsi qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107325_341:0:3072:2048_1920x0_80_0_0_7684b06120200263ad3e4c8a424eb801.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
Rəsmi Bakı Qarabağla bağlı beynəlxalq müşahidə missiyasına lüzum duymur
12:30 27.09.2023 (Yenilənib: 12:56 27.09.2023) Heç bir müşahidə missiyasına ehtiyac yoxdur, çünki reallıqlar göz qabağındadır, - Hikmət Hacıyev diqqətə çatdırıb.
BAKI, 27 sentyabr — Sputnik. "Rəsmi Bakı Qarabağla bağlı beynəlxalq müşahidə missiyasına lüzum duymur".
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Deutsche Welle"yə müsahibəsində vurğulayıb ki, Azərbaycanın gizlədəcək heç nəyi yoxdur.
"Heç bir müşahidə missiyasına ehtiyac yoxdur, çünki reallıqlar göz qabağındadır", - Hikmət Hacıyev diqqətə çatdırıb.
O əlavə edib ki, ölkə həmişə Cənubi Qafqazda istənilən geosiyasi rəqabətin əleyhinə olub.
Hikmət Hacıyev həmçinin regiona geosiyasi rəqabət prizmasından baxmamağa çağırıb.
Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml ABŞ-ın Qarabağla bağlı beynəlxalq müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür.
"Biz hələlik burada heç bir konkretlik görmürük. Bundan sonra hər hansı missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər", - o bildirib.
D.Peskov əlavə edib ki, Moskva da öz növbəsində həm İrəvan, həm də Bakı ilə əlaqələri davam etdirir.
O vurğulayıb ki, Rusiya Federasiyası ABŞ-dan fərqli olaraq de-fakto normallaşma prosesində iştirak edir.
"Qarşılıqlı fəaliyyət səviyyəsini və bizim bu qarşılıqlı əlaqədə iştirakımızı amerikalıların iştirakı ilə müqayisə etmək mümkün deyil" , - Kreml nümayəndəsi qeyd edib.